Icma.az
close
up
RU
Aprelin 30 dək ... Bu şəxslərin DİQQƏTİNƏ

Aprelin 30 dək ... Bu şəxslərin DİQQƏTİNƏ

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 26 və 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və 29-u gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, 27-si axşamdan 29-dək arabir güclənəcək.

Ölkənin əsasən şimal və qərb rayonlarında aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bunu Xidmətin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin meteo.az rəsmi internet səhifəsi və meteo.az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib.

O həmçinin aprel ayının ötən dövründə ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı statistik məlumatları da təqdim edib.

“Aprel ayının ötən dövrü ərzində ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 20 gün normadan yuxarı (0.3-13.6 dərəcə), 4 gün isə normadan aşağı (0.4-2.2 dərəcə) olub, orta aylıq temperatur 14.9 dərəcə isti qeydə alınıb”.

Onun sözlərinə görə, aprelin ötən dövrü ərzində ölkə üzrə maksimal temperatur aprelin 24-də Naxçıvan MR-da (Culfa) 31.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə aprelin 8-də 30.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur ölkə üzrə aprelin 15-də Şahdağda 3.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə aprelin 11-də 6.3 dərəcə isti olub.

“Əksər bölgələrdə hava şəraiti yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli olub. Aprelin 16-da hava şəraiti daha da kəskinləşib, yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı aylıq normanın 378 faizi olmaqla Quba-Qusar zonasına və aylıq normanın 316 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağışlar nəticəsində çaylarda sululuq artıb, 16 apreldə Böyük və Kiçik Qafqazın çaylarında ümumilikdə 17 sel hadisəsi qeydə alınıb”.

N.Mahmudov qeyd edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Xınalıqda 76 sm olub.

“Aprel ayının ötən günləri ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 6 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 14 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri