Icma.az
close
up
RU
Aprelin sonuna doğru hava şəraiti dəyişəcək, yağış yağacaq

Aprelin sonuna doğru hava şəraiti dəyişəcək, yağış yağacaq

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Aprelin 30-dək ölkənin əsasən şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat yayıb. 
Qeyd edilib ki, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək:
“Bakıda və Abşeron yarımadasında aprelin 26 və 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və 29-u gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, 27-si axşamdan 29-dək arabir güclənəcək”.
Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin meteo.az rəsmi internet səhifəsi və meteo.az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib.
O, həmçinin aprel ayının ötən dövründə ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı statistik məlumatları da təqdim edib:
“Aprel ayının ötən dövrü ərzində ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 20 gün normadan yuxarı (0.3-13.6 dərəcə), 4 gün isə normadan aşağı (0.4-2.2 dərəcə) olub, orta aylıq temperatur 14.9 dərəcə isti qeydə alınıb”.
Onun sözlərinə görə, aprelin ötən dövrü ərzində ölkə üzrə maksimal temperatur aprelin 24-də Naxçıvan MR-da (Culfa) 31.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə aprelin 8-də 30.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur ölkə üzrə aprelin 15-də Şahdağda 3.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə aprelin 11-də 6.3 dərəcə isti olub:
“Əksər bölgələrdə hava şəraiti yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli olub. Aprelin 16-da hava şəraiti daha da kəskinləşib, yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı aylıq normanın 378 faizi olmaqla Quba-Qusar zonasına və aylıq normanın 316 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağışlar nəticəsində çaylarda sululuq artıb, 16 apreldə Böyük və Kiçik Qafqazın çaylarında ümumilikdə 17 sel hadisəsi qeydə alınıb”.
N.Mahmudov qeyd edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Xınalıqda 76 sm olub.
“Aprel ayının ötən günləri ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 6 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 14 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib”, - Xidmət rəisi vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri