Icma.az
close
up
RU
Aptekdə satılan öskürək dərmanı meyvə şirəsi deyil Həkim pediatr

Aptekdə satılan öskürək dərmanı meyvə şirəsi deyil Həkim pediatr

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kortəbii öskürək dərmanları zəhərlənməyə səbəb ola bilər

Hazırda insanlar arasında hərarətin yüksəlməsi, ümumi zəiflik, boğazda ağrı, öskürək, burnun tutulması və ya axması, bəlğəm ifrazı kimi əlamətlərlə müşahidə olunan xəstəlik halları kəskin respirator virus infeksiyaları ilə əlaqədardır. Bu barədə Teleqraf-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. İnfeksionist bildirib ki, qrip və KRVİ-dən qorunmaq məqsədilə görülən qeyri-spesifik tədbirlər hava-damcı üsulu ilə yayılan infeksiyalar üçün eynidir. “Bu da respirator və əl gigiyenası qaydalarına əməl olunmağı ehtiva edir. Əhali bu barədə kifayət qədər məlumatlandırılıb. Bundan başqa, ölkədə qripə qarşı vaksinasiya aparılır ki, bu da birinci növbədə infeksiyaya həssas insanların qorunması üçün vacibdir”. 

Respirator xəstəliklərin, yuxarı tənəffüs yollarının iltihabı ilə müşayət olunan xəstəliklərin xüsusən azyaşlılar və yaşlı insanlar üçün ciddi təhlükə yaratdığı nəzərə alınarsa, bu yaş qrupunda olanlara diqqət artırılmalı, yoluxmaya səbəb ola biləcək amillər aradan qaldırılmalıdır. Həkim-pediatr Vaqif Qarayev valideynlərin aptekdəki satıcıların məsləhəti ilə öskürək əleyhinə müxtəlif siropların verilməsini qəti surətdə qadağan edib: 

- Hindistanda öskürək siropundan zəhərlənən və ölən uşaqlar oldu bir müddət əvvəl. Son günlər belə bir məlumat paylaşılır. Səbəbi haqqında müxtəlif mülahizələr var. Yəqin araşdırmanın son nəticələrini də paylaşarlar. Öskürək dərmanına meyvə şirəsi kimi baxır bəzi valideynlər. “Bir öskürək dərmanı deyin, uşağa verim", hər gün bu soruşulur. Müayinəsiz öskürək dərmanı təyin oluna bilməz. Öskürək formaları müxtəlifdir - quru, bəlğəmli, tutmaşəkilli, boğucu öskürəklər olur uşaqlarda. Hər biri ayrıca yanaşma tələb edir, hər birinin müalicəsi fərqli aparılmalıdır. Həkimi məcbur etmək düzgün deyil, sirop yazsın, dərman təyin etsin. Əvvəlcə uşaq müayinə olunmalıdır. Aptek işçiləri də meyvə şirəsi kimi satmamalıdır öskürək siroplarını. Valideyn gedir aptekə, dərman istəyir, aptekçi də “Hə, bu öskürək üçündür, yaxşı təsir edir”, deyib verir. Özbaşına müalicə aparmaq olmaz. Uşaqlara dərmanları kortəbii vermək də olmaz. Bəzisində əks-effekt verir müayinəsiz, həkim təyinatı olmadan verilən dərmanlar. Uşaqları qorumalıyıq. Ümumiyyətlə, hamı çalışsın özünü qorusun. Şəxsi gigiyena vacibdir. Bir də ki immuniteti gücləndirmək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri