Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ Bundan sonra...
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycanda apteklərin böyük əksəriyyətinin elektron sistemə keçməsi ilə vətəndaşlar artıq reseptlərini onlayn şəkildə izləyə və dərmanlarını kağız resept olmadan əldə edə bilirlər.
BAKU.WS-in məlumatına görə, hazırda tibb müəssisələrində reseptlər elektron qaydada verilir və həkimlər dərman təyinatlarını elektron resept sistemi vasitəsilə aparırlar.
Yeni sistemin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxmasıdır. Əvvəllər vətəndaşlar resepti əlində gəzdirərək uyğun dərmanı tapmaq üçün bir neçə aptek dolaşmalı olurdusa, indi kodlaşdırılmış elektron reseptlə birbaşa yaxın aptekə müraciət edərək dərmanı vaxtında əldə edə bilirlər.
Elektron resept sistemi həkimə dərman yazarkən ölkə üzrə mövcud preparatlar, onların hansı apteklərdə olduğu və miqdarı barədə məlumat verir. Bu da həm həkim, həm də pasiyent üçün dərmanın tapılmasını xeyli asanlaşdırır. Xəstə əvvəlcədən bilir ki, təyin olunan dərman hansı aptekdə mövcuddur və resept kodu ilə həmin aptekdən dərmanı ala bilər.
Sistem həkimləri, tibb müəssisələrini və aptekləri vahid elektron platformada birləşdirir. Həkimlər pasiyentin əvvəl istifadə etdiyi dərmanları görə, yeni təyin olunan preparatların təsirini əvvəlkilərlə müqayisə edə bilirlər. Bu isə xəstə təhlükəsizliyinin artırılmasına və düzgün müalicə planının qurulmasına şərait yaradır.
Elektron reseptlər həkim–əczaçı əlaqəsini də asanlaşdırır. Əllə yazılan reseptlərdə rast gəlinən xəttin oxunmaması, dərman adlarının səhv başa düşülməsi və ya preparatların düzgün verilməməsi kimi risklər elektron sistemdə tamamilə aradan qalxır. Bütün məlumatlar sistemdə dəqiq və standart formada qeyd olunur.
Vətəndaşlar elektron reseptlərinə mobil telefon və ya internet üzərindən baxa, dərmanların əldə olunması prosesini daha rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Qeyd edək ki, elektron resept sistemi səhiyyədə rəqəmsallaşmanın vacib tərkib hissəsi olmaqla, həm pasiyent məmnuniyyətini artırır, həm də dərman dövriyyəsinə nəzarəti gücləndirir.
Baxış sayı:72
Bu xəbər 29 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















