Icma.az
close
up
RU
Apteklərdə şəkəri ölçən test çubuğu çatışmazlığı YAŞANIR VİDEO

Apteklərdə şəkəri ölçən test çubuğu çatışmazlığı YAŞANIR VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Şəkərli diabet xəstələri üçün vacib vasitələrdən sayılan və qanda qlükozanın miqdarını yoxlamaq üçün istifadə edilən aparatların test çubuqları tapılmır. Ona görə də şəkər xəstələri mövcud vəziyyətdən narahatdır.
Bizim.Media xəbər verir ki, bu vasitələr dövlət tərəfindən pulsuz verilir. Amma say az olduğundan insanların əkəsəriyyəti apteklərdən alır.
 

Şəkərin miqdarını gün ərzində bir neçə dəfə yoxlamaq məcburiyyətində qalan xəstələrdə ödənişsiz verilən vasitələr kifayət etmir.


Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Ülviyyə Əhmədova “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda 400 min nəfərə yaxın şəkərli diabet xəstəsi var. Bunlar iki qrupa bölünür, birinci tip şəkərli diabet xəstələrinin 1350 nəfəri Bakıda qeydiyyatdadır. Bakıda qeydiyyatda olan xəstələrin təhcizat problem yoxdur.
Ülviyyə Əhmədova qeyd edib ki, hazırda şəkərli diabet xəstəliyi olan şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı, həmçinin həmin vasitələr və preparatlarla təminatı Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə tənzimlənir.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ölkədə 2005-ci ildən bəri bu tip xəstələrin sayının 6 dəfə artmasını nəzərə alaraq sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müasir standartların tətbiqi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.
Bununla bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müasir tələblərə əsaslanaraq yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərar layihəsi və növbəti illər üçün yeni dövlət proqramının layihəsi hazırlanmaqdadır.
Təklif olunan dəyişikliklərə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliliyinin artırılması, həmçinin, müraciətdə qeyd olunan məsələlərin həlli öz əksini tapıb. Bununla yanaşı, ilkin səhiyyə xidmətinin gücləndirilməsi və keyfiyyətinin artırılması sahəsində də müvafiq tədbirlər həyata keçiriləcək.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri