Icma.az
close
up
RU
AQC nin mənzil problemi ilə bağlı həyacan təbili Milli Məclisdə müzakirə edildi

AQC nin mənzil problemi ilə bağlı həyacan təbili Milli Məclisdə müzakirə edildi

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisdə müzakirəyə çıxarılan "Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında hesabatı"na əsasən, Bakının 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edilib. Sənəddəki hədəflər olduqca iddialıdır. 2040-cı ilə qədər Bakıda təxminən 200 min əlavə mənzilin inşası planlaşdırılır ki, bununla da adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 m²-dən 25 m²-ə qədər artırılması nəzərdə tutulur.

Həmçinin inşaat sürəti də artırılıb. Belə ki, 2023-cü ildə 6 443, 2024-cü ildə 11 000, 2025-ci ildə isə 9 711 mənzilin istismarına icazə verilib.

Lakin rəqəmlər kağız üzərində artdıqca, vətəndaşın alıcılıq qabiliyyəti tərs mütənasib şəkildə azalır.

Qeyd edək ki, son 1 ayda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti mənzil bazarı ilə bağlı həyəcan təbili çalırdı. Belə ki, AQC tərəfindən verilən açıqlamalarda mənzil fondunun hazırda 21 min olduğu, əhali artımı ilə bu rəqəmin 26 minə çatacağı və yaxın gələcəkdə problem yaranacağı qeyd olunurdu.

Görünən odur ki, Milli Məclisdə müzakirəyə çıxarılan bu məsələ əslində uzun müddətdir AQC tərəfindən irəli sürülən fikirlərlə birbaşa bağlıdır. Eyni zamanda millət vəkillərinin əhali artım tempinin azalması ilə bağlı açıqlamalarına diqqət yetirdikdə yenə eyni mövzu ilə bağlı sanki "təkzib" görünür.

Lakin dünya bu gün son onilliklərin ən böyük mənzil böhranı ilə üz-üzədir. Belə ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbaxın bəyan etdiyi kimi, 3 milyard insan - dünya əhalisinin demək olar ki, yarısı - yararsız mənzil şəraitində yaşayır.

Bu qlobal dalğa Bakıya çatdıqda isə özünəməxsus "yerli forma" alır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Milli.Az-a açıqlamasında bildirib ki, mənzil bazarındakı vəziyyəti və Milli Məclisdə qeyd olunan "rəqəmlərin pərdəarxası" ilə izah edib. Ekspertin fikrincə, rəsmi hesabatlar mənzil tikintisini artım kimi qeyd etsə də, bu, bazardakı 15-25%-lik gizli inflyasiyanı gizlədə bilmir. "Biz hazırda Bakıda 'investisiya mənzilləri' fenomenini müşahidə edirik. Bir şəxsin 10-15 mənzil alaraq onları gələcəkdə baha satmaq üçün boş saxlaması bazarda süni qıtlıq yaradır. Yeni binalar tikilir, amma pəncərələri qaranlıq qalır - çünki onlar yaşamaq üçün deyil, sadəcə vəsaitləri inflyasiyadan qorumaq üçün alınıb. Qiymətlər rəsmi rəqəmlərdən fərqli olaraq bəzi seqmentlərdə 20%-dən çox artıb."

Vüqar Orucun fikrinə görə, Bakıda mənzil və kirayə bazarındakı süni qiymət artımının əsas drayverlərindən biri məhz mərkəzdəki hədsiz tələbə sıxlığıdır. "Biz AQC olaraq daha əvvəl də təklif etmişdik ki, universitetlərin şəhər kənarına və ya bölgələrə köçürülməsi mənzil və kirayə bazarını 'soyudacaq' ən effektiv addımdır. Nazirlər Kabinetinin son hesabatında bu məsələnin əks olunması çox yerindədir. Əgər təhsil ocaqları Ələtə və ya digər rayonlara daşınarsa, paytaxtdakı kirayə mərkəzlərində süni tələb azalacaq, mənzillər sərmayə aləti olmaqdan çıxıb real yaşayış ehtiyacına xidmət edəcək. Bu, mərkəzdəki mənzil inhisarçılığına vurulan ən böyük zərbə olar."

Elnur Fərzəliyev: "Söküntülər kirayə bazarını 'od qiymətinə' qaldırıb."

Məsələnin digər ağrılı tərəfi isə kirayə bazarıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin koordinatoru, ekspert Elnur Fərzəliyev vurğulayır ki, Bakıda aparılan kütləvi söküntü işləri - "Xutor", "Alatava", "Kubinka" və s. - mənzil böhranını dərinləşdirən əsas amildir. Ekspertin təhlilinə görə, söküntü dalğası bazarı iflic edib.
"Təklif azalıb, köhnə və ucuz mənzil fondu yox olur, yerində ucalan binalar isə orta təbəqə üçün əlçatmazdır. Eyni zamanda sökülən evlərin sakinləri eyni anda kirayə bazarına üz tutur, bu da qiymətləri 'astronomik' həddə çatdırır. Bu gün Bakıda 600-700 manatdan aşağı normal kirayə mənzil tapmaq 'qəhrəmanlığa' bərabərdir. Digər tərəfdən isə paytaxt ərazisində sökülən hər köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evləri söküldükcə onların yerində inşa olunan yeni çoxmənzilli yaşayış binalarındakı mənzillərin həm satış, həm də kirayə qiymətləri minimal və orta əməkhaqqı ilə yaşayan vətəndaşlar üçün əlçatan deyil. O baxımdan vətəndaşların mənzil problemlərinin aradan qalxması üçün həm sosial tipli minimal qiymətə olan çoxmənzilli yaşayış komplekslərinin sayı artmalı, həm də çıxarışsız ucuz həyət evləri çıxarışla təmin olunmalıdır ki, bu tip ucuz mənzilləri aztəminatlı ailələr kreditli şərtlərlə əldə edərək öz mənzil problemlərini aradan qaldıra bilsinlər.

2040-cı ildə bizi nə gözləyir?

Hökumətin 2040-cı il planında 9 min hektar sahədə inşaat nəzərdə tutulur. Bu, nəhəng rəqəmdir. Lakin iqtisadçı-ekspertlərin xəbərdarlığı aydındır: Mənzil çatışmazlığı deyil, əlçatanlıq problemi var.

Əgər tikinti sektorunda təşviq olmazsa, sosial mənzil fondu genişləndirilməz və yataqxanalar tikilməzsə, təhdil, istehsalat müəssisələri şəhərin kənarına köçürülmə, regionların inkişaf layihələri urbanizasiya ilə uyğunlaşdırılmazsa, 2040-cı ilin 200 min mənzili yalnız investisiya imkanları olan azlıq hissənin portfeli olacaq. Sıravi vətəndaş üçün isə Bakıda ev sahibi olmaq, 2040-cı ildə də bugünkü kimi "əlçatmaz bir arzu" olaraq qalacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Mart 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri