AQC nin növbəti uğuru
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm hadisə addım atılıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Avropanın nüfuzlu qiymətləndirmə təşkilatlarının birliyi olan TEGOVA-ya üzv qəbul edilib.
AQC-nin İctimaiyyətlə əlaqələr Departamentindən Newscenter.az-a verilən məlumata görə, Cəmiyyətin üzvlüklə bağlı müraciətinə TEGOVA çərçivəsində baxılıb və iyulun 21-də keçirilən iclasda AQC-nin üzvlüyə qəbul edilməsi istiqamətində müsbət qərar verilib. Üzvlüyün təsdiqinə dair yekun qərarın isə oktyabrın 22–24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək TEGoVA Baş Assambleyasının toplantısında qəbul ediləcək.
Hazırda AQC nümayəndə heyəti Vyanaya səfərə hazırlaşır. Toplantıda qəbul ediləcək yekun qərar Azərbaycanın qiymətləndirmə sahəsində beynəlxalq təmsilçiliyinin genişləndirilməsi və ölkənin peşəkar qiymətləndirmə institutunun Avropa miqyasında tanınması baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, TEGOVA Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən qiymətləndirici birlikləri birləşdirən, qiymətləndirmə peşəsinin inkişafına və peşə standartlarının təkmilləşdirilməsinə töhfə verən beynəlxalq təşkilatdır. Quruma üzvlük qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi və Avropa qiymətləndirmə mühitində təmsilçilik üçün yeni imkanlar yaradır.
Qeyd edək TEGOVA-ya üzvlük AQC-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq peşəkar platformalara inteqrasiyasını gücləndirəcək. Bu, milli qiymətləndirmə standartlarının inkişafı, peşəkar biliklərin artırılması və ölkədə qiymətləndirmə institutunun mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Süleyman
Bu mövzuda digər xəbərlər:AQC nin rəhbərliyi formalaşdı
13 May 2025 19:06
AQC qiymətləndiricilərin ixtisas imtahanına növbəti hazırlıq kursuna qəbul elan edib
02 Oktyabr 2026 10:52
Bank Respublika AQC nin Bank Ekspertlər Şurasına qoşulub
14 Fevral 2025 17:20
AQC nin yeni İdarə Heyəti mühüm qərarlar verdi
27 Yanvar 2026 23:40
Ədliyyə Nazirliyi AQC nin yeni İdarə Heyətini təsdiqləyib
07 Yanvar 2026 17:56
Baxış sayı:56
Bu xəbər 19 Oktyabr 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















