Icma.az
close
up
RU
AQCnin Bank Ekspertlər Şurasının ilk yığıncağı keçirilib

AQCnin Bank Ekspertlər Şurasının ilk yığıncağı keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Şuranın rəhbər vəzifələrinə təyinatlar olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasının təsis yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun təqdimatı ilə Bank Ekspertlər Şurasının sədri, sədrin müavinləri və katibi vəzifələrinə təyinatlar təsdiqlənib. Belə ki, “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hikmət Sadıqov Bank Ekspertlər Şurasının sədri, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan Quliyev və Expressbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Nəsibov Şuranın sədrinin müavinləri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra aparatının üzvü Ziya Mustafa isə Şuranın katibi vəzifələrinə təyinat alıblar. 

Yığıncaqda yeni təyinatlarla yanaşı Bank Ekspertlər Şurasının Əsasnaməsi qəbul olunub, Şuranın fəaliyyət istiqamətləri ilə də bağlı müzakirələr aparılıb. Şura üzvləri Azərbaycan Respublikasının Qiymətləndiricilər Palatasının sədri vəzifəsinə seçkilərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruca uğurlar arzulayıblar. 

Qeyd edək ki,  Bank Ekspertlər Şurasının Əsasnaməsinə əsasən, Şura ölkənin kommersiya banklarında çalışan, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkil etdiyi sertifikasiya kurslarında iştirak edən qiymətləndiricilərdən təşkil olunur. Bank Ekspert Şurası müəyyən edilmiş kvotaya müvafiq olaraq Cəmiyyətin idarə olunması prosesində iştirak edir. Eyni zamanda, Şura üzvləri qiymətləndirmə və bank sektorları arasında münasibətlərin inkişafı, peşəkar təmasların artırılması, şəffaflığın təmin olunması istiqamətində təşəbbüslər irəli sürür, fəaliyyət planının və yol xəritəsinin hazırlanmasında yaxından iştirak edirlər. 

Şuranın yığıncaqları ayda bir dəfədən az olmayaraq keçirilir. Yığıncaqda Şuranın üzvləri Cəmiyyətin sədrinin təqdimatı əsasında 2 il müddətinə Şuranın sədrini,  sədrin müavinlərini və katibi seçirlər. Şuranın üzvləri üçün say məhdudiyyəti nəzərdə tutulmur və Şura üzvlərinin təşəbbüsü ilə Cəmiyyətin sədrinin bank sektorunda fəaliyyət göstərən  mütəxəssisləri Şuraya cəlb etmək hüququ var.

Xatırladaq ki, sözügedən platforma Azərbaycan bank və qiymətləndirmə sektorlarının tarixində ilk hadisədir. Bundan sonra hər iki sektor yarana biləcək problemləri birlikdə müzakirə etmək imkanı əldə edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri