Icma.az
close
up
RU
AQEM in Baş katibi: Azərbaycan regionda sülhün möhkəmlənməsinə töhfə verir

AQEM in Baş katibi: Azərbaycan regionda sülhün möhkəmlənməsinə töhfə verir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Astana, 30 may, AZƏRTAC

Azərbaycan güclü, müstəqil, iqtisadi cəhətdən inkişaf etmiş və demokratik dövlətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin miras qoyduğu ideallar müasir dövlət siyasətində tam şəkildə həyata keçirilib: “İlk növbədə, ölkənin ərazi bütövlüyü beynəlxalq hüquq normalarına tam uyğun olaraq bərpa edilib. Bundan əlavə, Azərbaycan regionda sülhün möhkəmlənməsinə töhfə verir və bu, mühüm əhəmiyyət kəsb edir”.

K.Sarıbay qeyd edib ki, Azərbaycan Avrasiya məkanında nəqliyyat əlaqələrinin inkişafına və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş iri infrastruktur layihələrini fəal şəkildə həyata keçirir. O əlavə edib: Bu yaxınlarda Bakıda AQEM Biznes Şurasının 8-ci Plenar iclası və 10-cu biznes forumu keçirilib. Uğurla başa çatan bu tədbirlər müzakirələrdə fəal iştirak edən bir çox ölkənin nümayəndələrinin böyük marağına səbəb olub”.

Baş katibin sözlərinə görə, artan beynəlxalq nüfuza malik olan Azərbaycan çoxtərəfli diplomatiyanın inkişafına mühüm töhfə verməyə qadirdir.

“Bu, ölkənin BMT Təhlükəsizlik Şurasında fəaliyyətində, Qoşulmama Hərəkatına sədrliyində və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işində dəfələrlə təsdiqlənib”, - deyə K.Sarıbay əlavə edib.

O vurğulayıb: “Azərbaycanın sədrlik etdiyi AQEM-də fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Artıq irimiqyaslı təşəbbüslər irəli sürülüb və gözləyirik ki, Bakıda keçiriləcək sammit prinsipial olaraq yeni qərarların qəbulu ilə əlamətdar olacaq”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri