Icma.az
close
up
RU
Aqil Abbasın Rəmiş hekayəti Vaqif Yusifli yazır

Aqil Abbasın Rəmiş hekayəti Vaqif Yusifli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru

Rəmiş... Bu istedadlı, virtuoz sənətkarı - Rafiq Hüseynovu istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda bu adla tanıyırdılar. Hər hansı bir insana bir ayama qoşanda bəzən onun əsl adı da az qala unudulur. Rafiq Hüseynov da Rəmiş kimi tanınırdı və illər keçəcək, onun ölümsüz sənətindən söz düşəndə Rəmiş yada düşəcək, Rafiq Hüseynov yox.

Yazıçı Aqil Abbasın "Rəmiş" povesti "525-ci qəzet"in 4-7 noybr saylarında dərc olunub. Mən bilən onların dostluğu adi dostluq səviyyəsini xeyli ötüb keçmişdi. Bu iki insanın münasibəti iki ağdamlının yox (bu, vacib şərt deyil!), bir-birinin mahiyyətini dərk edən iki insanın - iki ruh adamının  "vəhdəti-vücud"undan xəbər verir.

Aqil Abbas Rəmişi Rəmiş qədər tanıyırdı desəm, bəlkə də ifrata vararam, çünki Rəmişin də okeanların dərin qatlarında olan və çox hissəsi suyun altında qalan aysberqlərə bənzərliyi vardı. Amma Aqil Abbas o povestdə özünün çox yaxından tanıdığı (bəlkə çoxlarının tanımadığı!) Rəmişin obrazını yaradıb və şəxsən mən - Rəmişlə heç bir münasibəti olmayan bir adam ONU Aqil Abbasın tanıdığı və sevdiyi kimi tanıdım və sevdim.

Aqil Abbas əksər nəsr əsərlərində fərqli bədii priyomlardan istifadə edir. Onun mümkün qədər həyat həqiqətlərini şablon və ənənəvi üsullarla əks etdirməkdən uzaqlaşıb özünün bildiyi, mükəmməl yiyələndiyi təsvirlərdən istifadə etməsi bu povestdə də açıq-aydın nəzərə çarpır - yeri gələndə ciddi, sırf realist təsvirlərə meyl edir, bəzən lirika, bəzən də ironiya, yumor bu təsvirlərə qatılır. "Rəmiş" povestində həm mistikadan, həm yumordan, həm də adi təhkiyədən istifadə olunur və təbii ki, birnəfəsə oxunan bu əsərdə bütövlük itmir.

Povestin başlanğıcında da, sonluğunda da müəllif Rəmişin ölüm səhnəsini təsvir edir.   "Mələklər yığılmışdılar Rəmişin başına. O isə ağır-ağır nəfəs alırdı, əgər buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu qaçmışdı, mələklərin gözü qabağında  sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb həmin ürəkdəki qanı təmiz çıxıb çıxararaq öpüb, sonra da  dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. ...Bu, Rəmişin sonuydu". Qara Niqablı Mələk - mistik obraz. O, Rəmişi aparmağa gəlib. Təbii ki, insan ölüm ayağında nəyisə arzulaya, nəyisə istəyə bilər. Və bütün varlığı ilə gitarasına bağlı idi Rəmiş - "Gitaramı istəyirəm" deyir Rəmiş. Tibb bacısı gitaranı gətirib qoyur Rəmişin sinəsinə. "Ən əziz sevgilisini sinəsində görəndə nəfəs almağı bir az da rahatlaşdı və başladı gitaranı sığallayıb əzizləməyə". Povestin sonunda isə Qara Niqablı Mələk Rəmişi qucağına alıb qalxdı göylərə. Uçuş başlanır. Son dəfə Rəmiş Qara Niqablı Mələkdən xahiş edir ki, sonuncu dəfə çalsın. Və çalır, "gitaranın səsi kainatı götürdü başına", "Rəmiş uymuşdu, bütün kainatı da uyutmuşdu".

Bir haşiyə. Rəmiş və gitara. Gitaranın Azərbaycan musiqi alətləri sırasına nə vaxt qoşulduğu haqda dəqiq heç nə bilmirəm. Amma onu bilirəm ki, gitara deyəndə bizə yad olan bu musiqi alətini bizə doğmalaşdıran ilk ifaçı Rəmiş olub. İndinin özündə də gitarada gözəl ifaçılar var, sonralar da olacaq. Amma Rəmiş birinci idi, Rəmiş əfsanə idi, əfsanəni isə təkrar eləmək mümkünsüzdür.

Povestdə bu başlanğıcla sonluq arasındakı hissədə Rəmişin həm özünəməxsus bir insan, həm də virtuoz gitara ifaçısı kimi obrazı həm real, həm də qeyri-real hadisələrlə diqqəti cəlb edir. Real hadisələr deyəndə Rəmişin elə uşaqlıqdan qeyri-adi musiqi istedadı və harada olursa-olsun - konsertlərdə, restoranlarda, xalq arasında - gitara ilə hamını ovsunlaması ayrı-ayrı təsvirlərdə nəzərə çarpır. Rəmişin dərin musiqi təhsili olmasa da, ilahidən gələn o İŞIQ onu bütün varlığı ilə öz sehrinə saldı. Və Rəmiş sübut elədi ki, musiqini hamının sevə biləcəyi, duya biləcəyi, varlığında yaşada biləcəyi əbədi hissə çevirmək üçün gərək kamil olasan... Kamil sənətkar üçün məhdudluq deyilən anlayış yoxdur. Bu səbəbdən də Rəmişi təkcə gitaraçı kimi tanıtmır Aqil Abbas: "Səhnəyə stul qoydular, amma Rəmiş stulda oturmadı. Sol ayağını qaldırıb qoydu stulun üstünə, sonra simləri sığalladı və başladı Fikrət Əmirovun "Kürdovşarı"nı çalmağa. Sonra keçdi Azərbaycan kapriççosuna, ordan da qayıtdı filmdə Koqanın çaldığı Paqaninin əsərlərinə. Və uyudu getdi. Necə uyumuşdusa, zalı da elə uyutmuşdu".

Aqil Abbas Rəmişin çalğılarının insanları necə heyran qoymasını təsvir edir - inandırıcıdır bütün bu səhnələr. Onun rus Lyonla ilə bağlı görüşləri Rəmişin təkcə yaşadığı məmləkətdə deyil, ondan kənarda da hüsn-rəğbət qazanması da uydurma deyil. "Lyonya üzünü tutdu zala və dedi: - Əziz dostlar, bu oğlan bakılıdı. Dünyada bundan böyük gitarist tanımıram... Volodyaya dedim ki, əsl Paqanini budu, bunun yerişini, duruşunu, əl hərəkətlərini, jestlərini öyrən. Yəni bu filmin belə gözəl alınmasında  Rameşin də böyük rolu var".

Aqil Abbas Rəmişi Paqanini ilə qarşılaşdırır. Əlbəttə, bu olmayan və ola bilməyəcək qeyri-real bir görüşü təsvir etməkdə məqsəd heç də Rəmişin Paqaniniyə oxşamasını sübut etmək deyil. Oxşarlıq təqlidçiliyə də çevrilə bilər. Məqsəd odur ki, Rəmişin sənət aləmindəki etiketləri müəyyənləşsin. Dahi Paqanini skripkada əvəzolunmaz idi. Dünyaca. Amma əsrlər ötdükcə hər məmləkətdə yeni virtuoz ifaçılar yetişir. Rəmiş də belə ifaçılardan biri... "Paqaninin köməkçisinin gözləri çıxmışdı kəlləsinə. Ömründə belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli etmişdi. Axırda Paqanini skripkanı qoydu stolun  üstə. Rəmiş isə hələ də çalırdı. Paqanini soruşdu: - Hə, necədi? Rəmiş siqaretindən bir qullab vurub dedi: "Böyük sənətkarsan. Məndən də böyük sənətkarsan. Deyilən kimi varsan, sən insan deyilsən, doğrudan da şeytansan. Paqanini gülüb dedi: - Mənə şeytan deyən az idi, biri də göylərdən gəldi. Sən də mələk deyilsən!"

Aqil Abbasın məqsədi o deyil ki, bir Azərbaycan sənətçisini dünyanın dahi bir sənətçisi ilə tay tutsun. Sadəcə olaraq bu qeyri-real bir səhnəni təsvir etməklə bütün əsrlərdə musiqinin ilahi gücünün hər şeyə qadir olduğunu sübut eləməkdir. Rəmişin təkcə Paqanini ilə deyil, dünyaya meydan oxuyan, cahangirlər cahangiri Əmir Teymurla da "görüşü" məhz elə bu məqsədə xidmət edir. Əmir Teymurla "görüş"də Qədir Rüstəmov da var. "Rəmiş keçdi "Ağ Segah"a. Qədir bir dəfə ağzını yumub açdı, ikinci dəfə də ağzını yumub açdı və sonra Rəmişin çaldıqları sözə çevrilib ağzında bulaq kimi qaynayıb çay kimi tökülməyə başladı. Əmir Teymur da, çadırdakılar da qaldılar bu çayın altında. Qədir bir az "Ağ Segah"da  gəzişəndən sonra keçdi "Sona bülbüllər"ə. Sonra da özü Rəmişə ayaq verdi ki, Rəmiş çalsın. Rəmiş yenə dağı arana, aranı qatdı dağa, gah yağış yağdırdı. Onu kürəyindən vuran döyüşçü hönkür-hönkür ağlayırdı".

Heç bir böyük sənətkarı onun çevrəsi, mühiti olmadan təsəvvür etmək olmaz. Rəmişin sənət aləmində onun təqdir etdiyi və onu təqdir edənlər heç də az deyildi. Rəmiş ilk növbədə Qarabağ musiqi aləminin yetirməsiydi, ilk çalğını böyük tarzən Qurban əminin tarında səsləndirmişdi. Xan əmi, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu, Arif Babayev, Qədir Rüstəfmov və onlarla çalıb-çağıran sənətkarlar aləmində dünyaya göz açmışdı. Bu sırada onun Qədir Rüstəmovla çox yaxın dostluğu və sənət müttəfiqi olmasını Aqil Abbas illərdən bəri seyr edib və povestdə "ölmüş" Qədirlə Rəmişi Əmir Teymurun hüzuruna aparmasını da təsadüfü saymaq olmaz. Xatırladım ki, Qədir Rüstəmov haqqında ilk povesti də Aqil Abbas yazıb. Qədir Rüstəmov sənəti möcüzə deyildimi? Və bu iki sənətkarın - Rəmişin və Qədirin bir toyda, ya bir konsertdə ifalarına qulaq açanlar deyirlər ki, Allah da göydən yerə enib onlara qulaq asırmış. Rəmişin musiqi zövqü, özü kimi hər hansı istedadlı ifaçıya sevgisi Aşıq Ədalətlə bağlı bir səhnədə təcəssümünü tapır.

Povestdə yumorlu səhnələr az deyil və şirin Ağdam ləhcəsinin Aqil Abbas dili ilə əksər təsvirlərdə səslənməsi də təsadüfi deyil. Bu  danışıq tərzi povesti daha da oxunaqlı edir.

Təbii ki, Aqil Abbas Rəmişin təkcə ifaçılığını, bir sənətkar kimi özünəməxsusluğunu, ağıllı, düşünülmüş hərəkətlərini, insanlarla səmimi rəftarını deyil, həm də insan kimi keçirdiyi hissləri, duyğuları, ağrıları-acıları da unutmur. Aqil Abbas yazır ki: "Rəmiş Ömründə heç kimi sevməmişdi. Onda sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda müəlliməsindən xoşu gəlirdi, xüsusilə onun saçlarını sığallamasından. Sonra Ağdama köçdülər, bir də o müəlliməni görmədi. Amma müəlliməsinin barmaqlarının ətrini həmişə burnunda hiss edirdi. Pəncərədən baxan qıza isə sadəcə vurulmuşdu".  Əlbəttə, müəlliflə mübahisə etmək də olar. Vurulmaq, kimi isə sevməyin başlanğıcıdır.

Rəmişin çox həssəs bir insan olduğunu Aqil Abbas hər bir təsvir etdiyi səhnədə nəzərə çarpdırır. Dostları ilə də, sənət yoldaşları ilə də o "dəli-dolu" Rəmiş həmişə səmimidir, bir yerdə özünü böyük sənətkar adlandırsa da, o səmimilik itmir. Amma baxın, o da bu sənətin ona gətirdiyi şöhrətdən yorulur, o da asudəlik arzulayır. "Yorulmuşdu, çox yorulmuşdu. Əslində, buna yorulmaq demək olmaxdı bezmişdi. Hər şeydən bezmişdi, şöhrətdən də, dostlarından da, qadınlardan da. Elə Rəmiş olmaqdan da bezmişdi. Tıncıxırdı. Nə qədər belə yaşmaq olar? Yaşamaq ona çox mənasız olmuşdu. Özü də tez-tez baş verirdi. Belə olanda oturub maşına qaçırdı kəndlərinə". Və kənd onun sıxılmış ürəyinə dərman idi.

Yazını başa çatdıranda sufilərin məhşur təlimi yada düşdü. Məncə, Rəmiş də bir sufi ömrü yaşadı.  kamilləşdi, şəriət, təriqət, mərifət və  həqiqət mərhələlərini keçdi. Allahı dərk və qəbul edib həqiqət mənzilinə yetdi, öz Allahına yetişdi.  Ruhu şad olsun!

Aqil Abbasa da Rəmişi bizə daha yaxşı tanıtdığına görə təşəkkürlər...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri