Icma.az
close
up
RU
Aqil Ələsgəri həmin tədbirə kim göndərib? Video

Aqil Ələsgəri həmin tədbirə kim göndərib? Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi, “Yeni Çağ” ​saytının baş redaktoru Aqil Ələsgərin ATƏT-də rus dilindəki çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, A.Ələsgərin 2026-cı il martın 16-sı Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan Ölçüsü Konfransında Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçisi statusunda bilmədiyi xarici dildə çıxış etməsi tənqidlərlə qarşılanıb. Bu isə özlüyündə Aqil Ələsgərin Vyanaya - ATƏT tədbirinə hansı xətlə getməsi sualını yaradıb.

Məsələ ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, Aqil Ələsgərin Vyana səfəri QHT Agentliyinin xətti ilə maliyyələşdirilməyib: “Ümumiyyətlə, 2026-cı il üzrə açıqlanmış qrant müsabiqələrinin qalibləri arasında da “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin adı yoxdur. Aqil Ələsgərə də bu tədbirdə iştirakı üçün heç bir səfər qrantı verilməyib”.

Agentlik rəsmisi xarici ölkələrdə, beynəlxalq təşkilatlarda ölkəni təmsil edən QHT təmsilçilərini də məsuliyyətli olmağa dəvət edib: “Təəssüflər olsun ki, bir sıra QHT nümayəndələrinin tədbirlərə hazırlıqsızlığı ölkə imicinə ziyan vurur. QHT Agentliyi xaricdə keçirilən mühüm tədbirlərdə iştirakı üçün zəruri səfər xərclərini qarşıladığı QHT təmsilçilərinin yüksək intellekt, hazırlıq səviyyəsinə, xarici dildə sərbəst çıxış etmək imkanına malik olmasına xüsusi yanaşır”.

Mövzu ilə bağlı Aqil Ələsgər özü isə deyib ki, o illərdir, öz şəxsi təşəbbüsü ilə beynəlxalq tədbirlərə qatılır və haqq bildiyi mövqeni müdafiə edir: “Bu dəfə də yenə öz şəxsi təşəbbüsümlə ATƏT-in toplantısına qatılmışam. İllərdir ki, ATƏT-in toplantılarına qatılıram, çıxış edirəm. Sadəcə olaraq, dünən moderator xanımın da dediyi kimi salon böyük, onunla aramızda məsafə olduqca uzun və içəridə mikrofonun səsi çox zəif olduğundan xanım moderatoru eşidə bilməmə kimi kiçik texniki qəza yaşadıq.  Sinxron tərcümə avadanlığı, içəridə olan texniki nasazlıq bir birimizi eşitməyə problem yaşatdı. Bir daha təkrar edirəm, diqqətlə kadra baxın. Xanım moderator da, sonda açıqca bildirir ki, “o, bizi eşitmir”.

Bunu eşitdikləri, gördükləri, hətta yazdıqları halda hücuma davam edənlərin məram və məqsədləri heç də qüsursuzluq arayışı deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Mart 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri