Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Aqil Nəbiyev: “Seçmənin ikinci raundunda yeddi xal toplamalı idik”

Aqil Nəbiyev: “Seçmənin ikinci raundunda yeddi xal toplamalı idik”

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda ən azı yeddi xal toplamalı idi.

Bunu sözügedən yığmanın baş məşqçisi Aqil Nəbiyev deyib.

O, Bolqarıstanda təşkil olunan oyunlarla bağlı danışıb.

“İlk matçda Bolqarıstana qarşı çıxış etdik. Düzdür, matça daha kontrollu və istədiyimiz kimi başladıq. Lakin təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq, bərabərliyi təmin etdik, hətta qələbə qolunu da vura bilərdik. Ümumilikdə turnir ərzində hücumçularımızın “dişsizliy”i, son vuruşlarda düzgün qərar verə bilməməyimiz əsas problem oldu. Nəticədə hər üç görüşdə heç-heçə etdik”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Mütəxəssis bildirib ki, komanda bundan da yaxşı nəticələr əldə edə bilərdi:

“Bu turnirdə oyun baxımından ən azı yeddi xal toplamalı idik. Hətta bəlkə doqquz xal da mümkün olardı. Dediyim kimi, yaranan fürsətləri boşa verməsəydik, bu gün üç qarşılaşmada heç-heçə yox, minimum iki qələbə və bir heç-heçəyə nail olardıq. Sevindirici məqam odur ki, hücumda kifayət qədər epizod yaradırıq. Lakin əsas problem son vuruşlarda və yekun qərarların verilməsindədir”.

A.Nəbiyev ümumilikdə turnirdən razı qaldığını söyləyib:

“Çünki komandada istək, xarakter və mübarizə ruhu hiss olunur. Oyuna yanaşmamız müsbət idi – daha çox hücum edən, topa nəzarət edən və rəqibə təzyiq göstərən tərəf idik. Lakin dediyim kimi, əsas çətinlik rəqibin cərimə meydançasında ortaya çıxır. Orada son qərarlar və son vuruşlar istədiyimiz səviyyədə olmur və bu da nəticəyə təsir edir”.

Baş məşqçi son vuruşların daha yaxşı olması üçün klubların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:

“Bildiyiniz kimi, milli komandalarda toplanışlar cəmi 3-4 gün davam edir. Bu müddətdə futbolçulara çox şey qazandırmaq çətindir. Daha çox taktiki hazırlıq üzərində işləyirik, fərdi inkişaf üçün isə geniş imkan olmur. Buna baxmayaraq, yenə də futbolçularla həm fərdi, həm də qrup şəklində işləməyə çalışırıq. Amma 3-4 gün ərzində oyunçuların keyfiyyətini və səviyyəsini ciddi şəkildə artırmaq mümkün deyil. Bu baxımdan əsas iş klubların üzərinə düşür. Futbolçular xüsusilə son vuruşlar, ötürmələr və qərarvermə üzərində fərdi şəkildə çox çalışmalıdırlar. Eyni zamanda, klublarında da bu istiqamətdə daha çox işləmələri vacibdir”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Bolqarıstan (1:1), Litva (0:0) və Malta (2:2) ilə heç-heçə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Mart 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri