Aqil Şirinov: Hədəfimiz milli köklərə sadiq, müasir çağırışlara açıq ailə modelini təbliğ etməkdir”
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində gənclərin milli-mənəvi dəyərlər ruhunda inkişafı və ailə institutunun qorunması məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Aİİ-nin rektoru Aqil Şirinov müasir dünyada ənənəvi ailə modelinin üzləşdiyi qlobal təhdidlərdən bəhs edib. O, institutun bu istiqamətdəki fəaliyyətinin strateji əhəmiyyətini vurğulayaraq bildirib:
“Bu gün dünyada ənənəvi ailə dəyərləri müəyyən dərəcədə funksionallığını itirməkdədir. Bizim əsas məqsədimiz köklərinə və milli kimliyinə sadiq qalan, lakin eyni zamanda müasir dövrün çağırışlarını və tələblərini nəzərə alan Azərbaycan ailəsi modelini cəmiyyətə təlqin etməkdir.”
Rektor qeyd edib ki, artıq iki ildir davam edən bu layihənin özünəməxsus formatı var. Belə ki, tələbələr auditoriyada müəllim rolunda çıxış edərək ailə dəyərlərini təkcə dini deyil, həm də psixoloji, sosioloji və bioloji aspektlərdən təhlil edirlər. Bu mühazirələr ölkənin tanınmış ziyalılarının və mütəxəssislərin iştirakı ilə keçirilən interaktiv diskussiyalarla müşayiət olunur.
Aqil Şirinov institutun fəaliyyət dairəsinin geniş olduğunu xatırladaraq, hazırda müəssisədə ailə mövzusu ilə yanaşı, erkən nikahların qarşısının alınması və qadın hüquqlarının qorunması istiqamətində də silsilə layihələrin icra olunduğunu diqqətə çatdırıb. O, gənclərin bu cür platformalarda aktiv iştirakının gələcəkdə daha böyük sosial layihələrin həyata keçirilməsinə zəmin yaradacağını vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində tələbələrin hazırladığı təqdimatlar dinlənilib və ailə institutunun möhkəmləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
S. Həsənova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Aqil Şirinov: Dini təhsili mənəvi dəyərlərə və müasir çağırışlara uyğun qurmaq lazımdır
22 Oktyabr 2025 11:08
“Məqsədimiz Azərbaycanın milli ailə dəyərlərini gənclər arasında təbliğ etməkdir” ADİL ŞİRİNOV
14 May 2026 12:25
Aqil Şirinov: Ənənəvi ailə modeli funksionallığını itirir
14 May 2026 11:17
Aqil Şirinov: “Müasir dünyada ailə dəyərləri bir çox təhdidlərlə üz üzədir”
14 May 2026 11:54
Aqil Şirinov: Milli mənəvi dəyərlər xalqı birləşdirir
15 Dekabr 2025 11:50
Baxış sayı:130
Bu xəbər 14 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları