Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Aqrar sahə hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub

Aqrar sahə hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizdə aqrar siyasətin gələcək istiqamətləri elan edildi. Dövlət başçımız kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regional inkişaf və kənd yerlərində məşğulluğun artırılması ilə bağlı mühüm mesajlar verdi.

Cənab Prezident vurğuladı ki, aqrar sahə hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları bölgələrin simasını tamamilə dəyişib. “Bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur”.
Dövlət başçısı bildirdi ki, həmin dövrdə qazlaşdırma, elektrik enerjisi, yol infrastrukturu və su təminatı sahəsində həyata keçirilən layihələr kənd təsərrüfatının inkişafı üçün möhkəm baza formalaşdırıb. Hazırda ölkədə qazlaşmanın 96 faizə çatması, yeni su anbarlarının və magistral kanalların tikilməsi aqrar sahənin genişlənməsinə ciddi töhfə verir.
Müşavirədə ərzaq təhlükəsizliyi xüsusi diqqət mərkəzində oldu. Qlobal böhranlar, müharibələr, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsir etdiyini vurğulayan dövlət başçımızın da söylədiyi kimi “hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.
Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq mövqeyi və “orta güc” dövlət kimi formalaşması ilə bağlı fikirləri oldu. Dövlət başçısının bu yanaşması göstərir ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi həm də geosiyasi və strateji təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycanın timsalında söyləyə bilərik ki, orta güclər iqtisadi sabitlik, siyasi müstəqillik, diplomatik fəallıq və strateji coğrafi mövqeləri ilə seçilirlər.
Azərbaycan da son illərdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional diplomatiya və beynəlxalq tədbirlərə ev sahibliyi baxımından məhz bu statusu gücləndirib. Prezident İlham Əliyevin kənd təsərrüfatı müşavirəsində bu məsələyə toxunması isə göstərir ki, aqrar sektor da artıq ölkənin beynəlxalq nüfuzunun bir hissəsi hesab olunur.
Azərbaycan həm də xarici investorlar üçün cəlbedici ölkəyə çevrilməkdədir. “Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var” deyən cənab Prezident də bəyan etdi ki, Azərbaycan kənd təsərrüfatında idxaldan asılılığın azaldılması üçün geniş imkanlar təqdim edir. Aqrar sahənin inkişafı idxaldan asılılığı azaldır, regionlarda məşğulluğu artırır, sosial sabitliyi gücləndirir. Bu isə nəticə etibarilə dövlətin siyasi dayanıqlığını möhkəmləndirir.
İşğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası, yeni kanalların çəkilməsi və intensiv bağçılıq layihələri Azərbaycanın iqtisadi potensialını artırır. Dövlət başçımız da qeyd edib ki, müasir suvarma sistemləri hazırda 130 min hektar sahədə tətbiq olunur və məqsəd bu göstəricini 300 min hektara çatdırmaqdır.
Bundan əlavə, dövlət başçısı aqrar sahədə rəqəmsal texnologiyaların, süni intellektin və peyk sistemlərinin tətbiqinin vacibliyini də vurğuladı. Hər bir torpaq sahəsinin elektron “pasportu” hazırlanmalı və hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyi elmi əsaslarla müəyyənləşdirilməlidir.Müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan yaxın illərdə aqrar sahənin inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi davam etdirəcək. 2026−2030-cu illəri əhatə edən Yeni Dövlət Proqramı isə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində rifahın yüksəldilməsi və ixrac potensialının artırılması baxımından mühüm mərhələ olacaq.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri