Aqrar sahədə maarifləndirici tədbirlər davam etdirilir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar elm, təhsil sahələrinin və insan kapitalının inkişaf etdirilməsi, eyni zamanda informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi istiqamətlərinə uyğun olaraq maarifləndirici tədbirlər davam etdirilir.
XQ xəbər verir ki, tədbirlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, aqrar sahədə müasir yanaşmaların və innovativ texnologiyaların tətbiqinin təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyin yüksəldilməsi, məhsul itkilərinin azaldılması və təsərrüfatların dayanıqlı inkişafına dəstək göstərilməsidir. Aqrar Təlim Mərkəzi bu istiqamətdə maarifləndirmə və informasiya-məsləhət fəaliyyətini davam etdirir.
Bu çərçivədə Tərtər, Goranboy, Beyləqan, Lənkəran, Şəki, Zaqatala, Ağcabədi, Tovuz, Bərdə, Qobustan, Ağdam, Qusar, Qazax, Şamaxı və Kürdəmir rayonlarında maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər zamanı fermerlərə və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislərə bitkiçilik, heyvandarlıq, aqrobiznesin inkişafı, müasir aqrotexnologiyaların tətbiqi və təsərrüfatların səmərəli idarə olunması ilə bağlı məlumat verilib.
Təlimlərdə əkin və yığım işlərinin düzgün təşkili, gübrələrdən səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, bağçılıq və üzümçülükdə qabaqcıl təcrübələr, eləcə də müasir kənd təsərrüfatı texnologiyalarından istifadə barədə məlumat verilib. Həmçinin heyvan xəstəliklərinin profilaktikası, düzgün yemləmə qaydaları, arıçılıqda xəstəlik və zərərvericilərlə mübarizə, məhsuldar heyvan cinslərinin artırılması və süni mayalanmanın əhəmiyyəti izah olunub. Aqrar sahədə məhsuldarlığın artırılması və təsərrüfatların səmərəli idarə olunması ilə bağlı fermerlərə tövsiyələr verilib.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















