Icma.az
close
up
RU
Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 may, AZƏRTAC

Son günlər ölkəmizin müxtəlif bölgələrində havaların qeyri-sabit keçməsi, güclü yağış, dolu yağması, sel-subasma hadisələri, fırtına-qasırğa kimi hallar müşahidə edilir. Bu hadisələr kənd təsərrüfatı və əkin sahələrinə də zərər vurmaqdadır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq sığortalı fermerlər tərəfindən zərər müraciətlərinin sayı kəskin artıb.

Güclü yağışların başladığı may ayı ərzində Aqrar Sığorta Fonduna ölkənin 19 rayonundan 3 mindən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub. Bunlar Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Yardımlı, Zaqatala, Ağsu və Qazax rayonlarını əhatə edir.

Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan zərər müraciətləri 39 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edir.

Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrini əhatə edir. Aqrar Sığorta Fonduna ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.

Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub.

Aqrar Sığorta Fondunun məlumatlarına görə, Şirvan-Salyan, Aran və Şimal regionu üzrə ən çox müraciətlər sel-subasma, Qarabağ və Mil-Muğan bölgəsi üzrə əsas hadisələr isə fırtına-qasırğa və dolu ilə əlaqədar olub. Zərər müraciətləri əsasən arpa, buğda, pambıq, eləcə də gilas, alma, şaftalı, nektarin, badam və qoz bitkilərini əhatə edib.

Fondda bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir. Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı təbiət hadisələri – dolu, sel-subasma, fırtına-qasırğa, leysan, normadan artıq yağan qar, torpaq sürüşməsi, eləcə də yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən və sair hallardan qoruyur.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini asanlıqla sığortalaya bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri