Aqrar sığortadan fermerlərə rekord ödəniş BİR İLDƏ 9 MİLYON MANAT!
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi fermerlərin zərərlərdən qorunmasında ciddi rol oynayır. 2025-ci ildə fermerlərə edilən zərər ödənişləri kəskin artıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, ötən il ölkənin müxtəlif ərazilərindəki fermer və təsərrüfatlara ümumilikdə 9 milyon 147 min manat sığorta ödənişi edilib.

Bu əvvəlki ildə edilmiş ödənişlərlə müqayisədə 2,7 milyoln manat və ya 43% artıqdır.
2025-ci ildə həyaat keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsas hissəsi meyvə bağları - şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.
Ümumilikdə, 2020-ci ildə fəaliyyətəə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.
Fond fermer və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə 6,4 milyon manat ödəniş həyata keçirib.
Xatırladaq ki, aqrar sığorta əkin sahələrini, meyvə bağları və sair təsərrüfatları təbiət hadisələri, dolu, sel-subasma, fırtına-qasırğa, yanğın, şaxtavurma, leysan, yoluxucu xəstəliklər, ilan və həyşarat sancması, zəhərlənmə, və sair risklərdən qoruyur.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarasını dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatları sığorta edə bilərlər.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Yanvar 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















