Icma.az
close
up
RU
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI Qanun pozuntularını kimlər ört basdır edir…

Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI Qanun pozuntularını kimlər ört basdır edir…

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Aqrar Universitetinində (ADAU) baş verən qanunsuzluqlarla bağlı “Hürriyyət”in redaksiyasına şok faktlar daxil olub. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbənin saytımıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bu məlumatları özümə borc bildiyim üçün sizlərlə paylaşıram. Bildirim ki, Azərbaycan Dövlət Aqrar Universitetinində rektorun müşaviri vəzifəsində çalışan Bəxtiyar Nəsibovun adı 5 ildir universitetdə getsə də, hazırda Bakı şəhərində yaşayır. Öz işi ilə əlaqədar Gəncəyə gəldikdə isə ezamiyyəsi tərsinə yazılır.

Diqqətinizə çatdırım ki, bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinində aparılan maliyyə yoxlaması ciddi qanun pozuntularını ortaya çıxarsa da, ört-basdır etməyə çalışırlar.

Onu da qeyd edim ki, Bəxtiyar Nəsibov Gürcüstan vətəndaşıdır. O, “əvəzsiz kadrmış” kimi hər il Miqrasiya Xidmətindən iş icazəsi alır.

Universitetin Baş mühasibi Safura Bəşirova 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına kimi - altı aydan çox müddətdə ölkə xaricində yaşayıb. Hətta o, həmin müddət ərzində  İsrail vətəndaşlığı alıb. Maraqlıdır ki, bu xanımın xəstəlik vərəqəsi, məzuniyyət və icazə hüquqi olmadan xaricə getmişdir. Ona məzuniyyət kompensasiyası belə, verilib.

Ən maraqlısı isə odur ki, noyabr ayında Safura Bəşirovanın əmək haqqında 500 manat artım olub”.

Bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən mənbə deyir ki, qeyd olunan faktlarla əlaqədar dəfələrlə Baş Prokurorluğa və Gəncə Şəhər Prokurorluğuna müraciət edib. Lakin hər dəfə bir yol taparaq, bu qanunsuzluqları ört-basdır ediblər. “Eşitdiyimə görə, sonuncu dəfə 8 min manat rüşvət verilib”, - deyə mənbə iddia edir. Onun sözlərinə görə, hazırda aparılan maliyyə yoxlaması da həmin işin üstünü örtməklə məşguldur. Belə ki, maliyyə müfəttişləri də bu qədər sübutu görməməzlikdən gəlir.

Mənbə onu da vurğulayır ki, tələbə yataqxanasında iki nəfərlik otaqlarda əlavə 2 çarpayı yerləşdirərək, 4 nəfərlik otaq ediblər: “Hər tələbə üçün rəsmi ödəniş 450 manatdır.  Onlar isə əlavə iki nəfərin hər birindən 180 manat  alıb, öz ciblərinə ötürürlər. Bildiyimə görə, bütün bu özbaşınalıqların başında rektorun köməkçisi Vaqif və ümumi işlər üzrə prorektor Ramin Əliyev durur. Onlar mühafizə xidmətinə də işə düzəlmək üçün özlərinə yaxın və yaxşı satqınlıq bacaran adamlardan 3-4 min manat alıb, işlə təmin edirlər. Bu səbəbdən də mühafizəçilərin əmək haqları yüksək olur. Əlavə olaraq da 1/2 ştata bağban kimi yazıb, həmin pulu da rektorun köməkçisi Vaqif götürür. Digər haqqını tələb edən mühafizələrin isə hər ay maaşlarından 100-200 manat kəsilir.

Bu universitetdə baş verənlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə gedən şikayətləri isə Bəxtiyar Nəsibov neytrallaşdırır. Yenicə qızına toy edən bu "müşavir" yaşından utanmadan, özünü subay kimi təqdim edir, məxfi şöbənin əməkdaşlarından birini “gözəlçəsi” kimi saxlayır. Həmin qadın vasitəsilə universitetdə olan bütün söz-söhbətlərdən agah olur. Həmin xanımın diplomu da saxtadır. Diplomu düzəldən şəxs isə Bəxtiyar Nəsibovdur”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri