Icma.az
close
up
RU
Aqrar Xidmətlər Agentliyi: Xankəndidə müasir laboratoriya qurulması istiqamətində iş aparılır

Aqrar Xidmətlər Agentliyi: Xankəndidə müasir laboratoriya qurulması istiqamətində iş aparılır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 dekabr, Günel Türksoy, foto Nicat Haşımov, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyi işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin bərpası üçün bir sıra mühüm xidmətlər həyata keçirməyə davam edir. Bu xidmətlərə torpaqların təyinatının müəyyənləşdirilməsi, fitosanitar və baytarlıq xidmətlərinin təşkili, zərərverici və xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, toxumçuluq və bitkiçilik istiqamətində monitorinqlər daxildir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə 2025-ci ilin toxumluq məhsulu üçün, ümumilikdə, 9640 hektar toxumluq əkin sahəsi bəyan edilib, 2466,6 ton buğda toxumu sertifikatlaşdırılıb.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev deyib.

S.Hacıyev cari ildə torpaqların aqrokimyəvi analizlərinin aparılması məqsədilə 1248 hektar ərazidən götürülən 225 torpaq nümunəsinin laborator analizə cəlb olunduğunu vurğulayıb. Qeyd edib ki, aqrar xidmətlərin yerində və operativ təşkili məqsədilə Xankəndi şəhərində torpaq, su, bitki və gübrə analizlərinin aparılması üzrə müasir standartlara cavab verən laboratoriyanın qurulması istiqamətində işlər aparılır: “Növbəti illərdə isə Agentlik həmin ərazilərdə aqrar infrastrukturun inkişafını, müasir xidmət modellərinin tətbiqini genişləndirməyi, rəqəmsal nəzarət və monitorinq imkanlarını artırmağı, həmçinin özəl sektorun proseslərə daha aktiv cəlb edilməsini planlaşdırır. Məqsəd bölgələrdə dayanıqlı kənd təsərrüfatı istehsalını bərpa etmək və fermerlərin xidmətlərə əlçatanlığını maksimum dərəcədə təmin etməkdir”.

Agentlik sədri, həmçinin diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə AXA əməkdaşları tərəfindən 175 ədəd texnikanın istismarına dövlət nəzarəti aparılaraq, nəticədə 131 ədəd texnikaya texniki baxış keçirilib, 28 ədəd texnika üzrə müayinə aktı tərtib olunub: “Bu cür nəzarət tədbirləri texnikaların təhlükəsiz istismarının təmin edilməsi, mövcud qaydalara riayət olunması və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin fasiləsiz və təhlükəsiz şəkildə davam etdirilməsi məqsədi daşıyır. Bu fəaliyyət istiqamətləri son nəticədə kənd təsərrüfatında səmərəliliyin artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir”, - deyə S.Hacıyev bildirib.

Müsahibənin tam variantı bu gün AZƏRTAC-da yayımlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri