Aqressiv və tabe olmayan uşaqlar: hansı addımlar atılmalıdır? Nevroloq DANIŞDI
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bəzi hallarda uşaqların məktəbdə müəllimlərlə normal münasibət qura bilmədiyini görürük. Bəzən isə bu uşaqlar çətin tərbiyə olunan uşaqlar kimi xarakterizə edilir.
Ümumiyyətlə, tərbiyə məsələsində çətinlik yaradan uşaqların problemi nədir? Valideynlər belə hallarla qarşılaşdıqda nə etməlidirlər? Uşaqların məktəbdə davranışları düzgün deyilsə, hansı addımlar atılmalıdır?
Həkim-nevroloq Rəna Abbasova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, əgər uşaq ünsiyyət qura bilmirsə, aqressiya göstərirsə və yaxud tabe olmursa, bu, onun özünü ifadə etmə formasıdır və bunun da arxasında olan səbəb araşdırılmalıdır:
"Uşaqlarda belə hallar nədən yarana bilər? Düzdür, ailədaxili münasibətləri örnək götürürük, deyirik ki, ailədə aqressiya, şiddət olur, bununla da uşaqlarda bir qorxu yaranır və s. Bu, daha çox səsləndirilən hallar sırasındadır. Amma bəzən hədsiz qayğı, nəvaziş də belə hallara gətirib çıxara bilir. Yəni uşaqlarda ancaq nəvaziş görmək istəyi yaranır. El arasında bu, ərköyünlük kimi ifadə olunur. Belə hallar isə kənarda normal ünsiyyətin qurulmamasına səbəb ola bilər.
Məsələn, valideyn deyir ki, uşaq məktəbdə başqa formada, evdə başqa formada olur. Burada araşdırmaq lazımdır ki, məktəbdə olan hansı hal uşağı qane etmir və yaxud evdə olan hansı hal anormaldır, yəni normal deyil. Hədsiz diqqətmi, qayğımı, nəvazişmi, və yaxud da ki, qorxu hissimi aqressiyaya səbəb ola biləcək haldır? Bunlar araşdırılmalıdır".
Nevroloq valdeynlərin nə etməli olduğundan da danışdı:
"Bəzən deyirlər ki, uşaq, ümumiyyətlə, cəzalanmamalıdır. Belə hallarla da rastlaşırıq, amma əksinə, uşaqlar müəyyən formada — əlbəttə şiddət formasında yox — cəza anlayışını bilməlidir. Uşağın hansısa davranışı müəllimin, valdeyinin, tərbiyəçinin qəzəbinə səbəb ola bilər. Uşaq bilməlidir ki, nədənsə məhrum ola bilər. İndiki zəmanə ilə ayaqlaşsaq, uşaqlar daha çox oyunlara maraq göstərirlər. Telefonu uşaqdan alaraq, televiziyaya baxmasına icazə verməyərək bunu edə bilərik. Yəni bu formada cəzalandırma metodlarından istifadə etmək lazımdır ki, uşaq etdiyi hərəkətə görə cəza alacağını bilsin və bundan ehtiyat etsin.
Bütün bunlar olduqdan sonra, əgər uşaq yenə də tabe olmursa, burada artıq həkimə müraciət etmək lazımdır. Bəzən belə hal olduqda ilk psixoloqa müraciət edirlər, bu da düzgün haldır. Məktəbin məktəb psixoloqu var, bağçanın bağça psixoloqu var. Əgər psixoloq müəyyən seanslar keçirdikdən sonra vəziyyət düzəlmirsə, artıq həkimə müraciət etmək lazımdır. Yəni burada artıq davranışın, əhval-ruhiyyənin pozulması daha ciddi nevroloji halla əlaqəli olduğu müəyyən olunmalı və konservativ müalicələr aparılmalıdır".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 19 Yanvar 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















