Aqroparkda meyvə yığan qadını ilan sancıb VİDEO
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb. Hadisə rayonun Ağyazı kəndi ərazisində yerləşən aqroparkda baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 47 yaşlı Aygün İsgəndərova aqroparkda meyvə yığımı ilə məşğul olarkən ilan qəfildən onun sağ ayağından sancıb.
İlkin məlumata görə, qadını gürzə ilanı sancıb. Hadisədən sonra Aygün İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, meyvə yığımı zamanı qadın ilanı görməyib və qəfil ilan sancmasından sonra ayağında ağrı hiss edib.
Xəstəxanadan “Xəzər Xəbər”ə bildirilib ki, xəstəyə ilkin tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Avqust 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















