“Aqroservis” nizamnamə kapitalının artırılması ilə bağlı auditor seçir
Report.az saytına istinadən Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC nizamnamə kapitalında dəyişiklik edilməsi ilə bağlı audit rəyi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 58 manatdır.
İddiaçılar təkliflərini dekabrın 10-na qədər “Aqroservis”in yerləşdiyi Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 10-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Sorğu çərçivəsində kapitalın artırılmasına yönəldilmiş vəsaitin təhlili aparılacaq və audit rəyi veriləcək. Sorğunun ehtimal olunan qiyməti 28 874 manatdır.
“Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
Baxış sayı:105
Bu xəbər 27 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















