Icma.az
close
up
RU
Aqşin Mürsəlov: “Heç kimi tutub saxmayacağıq ki, getmə” Kaşkilya İmişli dən gedir?

Aqşin Mürsəlov: “Heç kimi tutub saxmayacağıq ki, getmə” Kaşkilya İmişli dən gedir?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol ictimaiyyəti olaraq, nə qədər də yerli mütəxəssislərin çalışmasının tərəfdarı olsaq da, yaxşı iş görən əcnəbilərin də haqqına girə bilmədik. Valdas Dambrauskas, Yuri Vernidub kimi baş məşqçilər bu çempionata rəng qatır, konkret nəticələr verməyə çalışır və verir. Bu siyahıya Jorj Kaşkilyanı da əlavə etmək olar. Portuqaliyalı mütəxəssis komandanı elitaya çıxaran Fərid Namazovun yerinə təyinat alanda birmənalı qarşılanmamışdı. Amma komandanın sərgilədiyi oyun və göstərdiyi nəticə Kaşkilyaya, kollektivinə simpatiya yaratdı. İndi isə Kaşkilyanın yayda Aran təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər dolaşır.
“İmişli” rəhbərliyi bu qərarı versə, heç də düzgün olmayacaq. Portuqaliyalı çoxu 1-ci liqan gələn futbolçularla bu mövsüm elitada adından söz etdirməyi bacardı. “Qarabağ”ın, “Turan Tovuz”un, “Zirə”nin, “Neftçi”nin məğlub edə bilmədiyi, çempion “Sabah”a qalib gələn yegane komanda də məhz “İmişli”di. Mühacir həyatı yaşayan, dogma şəhərə həsrət qalan komandanı praqmatik futbol oynadığını görə də qınamaq olmaz. Kaşkilya əlindəki heyətə və rəqibə görə planlar qurur. Portuqaliyalı çalışdıcı bu mövsüm “Qarabağ”dan başqa bütün komandalardan xal və xallar alıb. İstisna, sadəcə, “Sumqayıt”dı ki, 1-ci dövrədəki oyunda da qələbə qazanmışdılar, klub rəsmilərinin məsuliyyətsizliyinə görə texniki məğlubiyyətlə üzləşdilər.
İndi bu məşqçini necə göndərəsən?! Klubdan “Futbol+”ə gələn mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqları informasiyası çatıb. Bu isə büdcənin birbaşa artması deməkdi. Onda baş məşqçinin də maaşı qalxmalıdı. Bu məsələ ilə bağlı klubun icraçı direktoru Aqşin Mürsəlovla da əlaqə saxladıq, yazılanların nə dərəcədə doğru olub-olmadığını öyrəndik. Aqşin bəy bu xəbəri nə təsdiq, nə də təkzib etdi: “Mən də oxumuşam, Səbuhi Musa yazıb. Amma biz ona belə məlumat verməmişik. İstinad verməyib, yəqin ki, öz müşahidələri əsasında yazıb. Biz klub olaraq, heç bir qərar verməmişik. İndiki baş məşqçini göndərək, yoxsa başqa mütəxəssislə danışıqlara başlayaq – hələ ki bunlar yoxdu. Jorj Kaşkilyanın da təklifləri var. Mövsüm bitəndən sonra oturub, bunları danışacağıq. Qalmaq istəyirsə, şərtləri nədi və s. və i.a. Getmək istəsə, heç kimi tutub saxlamayacağıq ki, getmə. Məşqçi ilə bağlı qərar verməmişik. Nə kimləsə danışıq aparırıq, nə də Kaşkilyanı göndəririk”.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri