Icma.az
close
up
RU
Aqşin Mürsəlov: Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq

Aqşin Mürsəlov: Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer liqasının debütantı "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovun Sport24.az-a müsahibə verib.
- Mövsümün ilk dövrəsini komanda üçün necə dəyərləndirirsiz?
- Mövsümün ilk dövrəsini ümumilikdə müsbət qiymətləndiririk. Yeni formalaşan komanda üçün bu qədər qısa müddətdə kollektivin uyğunlaşması asan proses deyil. Məşqçi heyətinin peşəkarlığı nəticəsində futbolçular həm bir-birilərinə, həm də komandanın oyun fəlsəfəsinə ilə kifayət tez uyğunlaşdılar. Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq. Təbii ki, bəzi qarşılaşmalarda itirdiyimiz xallar var və bu oyunlardan düzgün nəticə çıxarmaq bizim üçün vacibdir. Ümumilikdə ilk dövrənin nəticələri göstərir ki, "İmişli" fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir və komandanın mövcud potensialı sayəsində gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyinə ümid edirik.
- Mövsümün startı ərəfəsində bir çoxları debütant "İmişli"dən belə uğurlu çıxış gözləmirdi. Sizin üçün də sürpriz oldu, yoxsa...
- Kənardan baxdıqda bu nəticələr sürpriz kimi görünə bilər, lakin biz hazırlıq prosesindən etibarən komandanın içində olmuşuq və futbolçuların potensialını, məşqlərə münasibətini və çəkdiyi zəhməti yaxından görmüşük. İntizam, sistemli iş və davamlı inkişaf varsa, bunun müəyyən mərhələdə nəticə verməsi təbiidir. Biz bu uğurlu başlanğıcı təsadüf kimi deyil, planlı və məqsədyönlü fəaliyyətin məntiqli nəticəsi kimi dəyərləndiririk. Bununla belə, əsas məsələ arxayınlaşmamaq və əldə olunanların bizi daha çox çalışmaq üçün motivasiya etməsidir.
- Komanda İmişlidə oynasa, nəticələr daha yaxşı ola bilərdi?
- Təbii ki, doğma meydanda oynamaq hər bir komanda üçün ciddi üstünlükdür. İmişli azarkeşi futbolu sevir və komandaya bağlılığı ilə seçilir. Ev oyunlarını İmişlidə keçirə bilsəydik, bunun həm nəticələrə müsbət təsir göstərəcəyini, həm də komanda–azarkeş münasibətini daha da möhkəmləndirəcəyini düşünürük. Bununla belə, hazırda mövcud şərait necədirsə, biz də həmin şərtlərə uyğunlaşmağa çalışırıq və heç bir halda bəhanə axtarmırıq.
- Bu arada, stadionla bağlı yenilik varmı?
- Stadion məsələsi ilə bağlı müxtəlif qurumlarla mütəmadi olaraq əlaqə saxlayırıq və bu istiqamətdə işlər davam edir. Lakin müəyyən məqamlar var ki, onların həlli klubun səlahiyyətindən kənardadır. Ümid edirik ki, aidiyyəti qurumların da dəstəyi ilə bu məsələ də yaxın zamanda müsbət həllini tapacaq. Stadion məsələsi daim diqqət mərkəzindədir və biz də komandanın mümkün qədər qısa vaxtda İmişliyə qayıtmasını arzulayırıq. Bu, yalnız futbolçular üçün deyil, bütövlükdə rayon ictimaiyyəti üçün önəmli bir hadisə olacaq. Lakin real vəziyyəti nəzərə alsaq, belə proseslərin qısa müddətdə həll olunmadığını qəbul etməliyik. Ümid edirik ki, yaxın gələcəkdə "İmişli"nin ev oyunlarında azarkeşlərimizi öz stadionlarında görmək mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri