AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Göyçay, 22 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı məlum olub.
Bu barədə AZƏRTAC-ın yerli bürosuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Baş verən hadisə ilə bağlı AQTA-nın mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.
Xatırladaq ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 5 qız tələbəsi zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar. Kollec rəhbərliyindən verilən məlumata görə, tələbələrin səhhəti tam bərpa olunub və onlar bu gün keçirilən imtahanlarda iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















