AQTA: İsmayıllıda ət satışı məntəqəsində normativ tələblər pozulub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İsmayıllı rayonunun Kürdmaşı kəndində fəaliyyət göstərən və fiziki şəxs Yusif Sovqat oğlu Nuriyevə məxsus olan ət satışı məntəqəsində yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı məntəqədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, döşəmə, tavan, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati tədbir görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















