Icma.az
close
up
RU
AQTA: Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib

AQTA: Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində agentlik yerli icra orqanları ilə birgə Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisində küçə və yol kənarlarında, əhalinin sıx gediş-gəlişinin olduğu digər yerlərdə qida məhsullarının qanunsuz satışı hallarına qarşı nəzarət tədbirləri həyata keçirir. Görülən tədbirlərə baxmayaraq, hələ də qida məhsullarının müxtəlif yerlərdə, küçə və yol kənarlarında heç bir normativ tələblərə əməl etmədən antisanitar şəraitdə satışa təqdim olunması hallarına rast gəlinir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu ərazisində və Sumqayıt şəhərinin H.Əliyev prospektində yerləşən "Ordubad" market, Sülh küçəsində yerləşən "Əli-94" market, 20 Yanvar və N.Nərimanov küçələrinin kəsişməsində yerləşən "Karvan" ticarət mərkəzində, həmçinin qeyd olunan ərazilərin yol kənarı və səkilərində qanunsuz olaraq qida məhsullarının satışının qarşısının alınması üçün reydlər keçirilib.

Reyd zamanı küçələrdə antisanitar vəziyyətdə, heç bir norma və tələblərə cavab verməyən şəkildə qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Qanunsuz olaraq qida məhsullarının satışını həyata keçirən şəxslərə Agentliyin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən qanunun tələbləri bir daha izah olunub və qanunvericiliyə uyğun tədbirlər görülüb. Qida məhsullarının küçə və yol kənarlarında bu cür qanunsuz satışı hallarının təkrarlanmaması üçün aidiyyəti icra orqanlarına müvafiq məlumatlar verilib.

AQTA bildirir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır. “Qida təhlükəsizliyi tələblərinə cavab verməyən yerlərdən qida məhsullarının alınaraq istehlak edilməsi isə tövsiyə olunmur. Qanunsuz olaraq qida məhsullarının açıq havada, antisanitar şəraitdə, heç bir mənşə sənədi və markalanması olmadan, saxlama şəraitinə riayət edilmədən satışa çıxarılması hallarına qarşı nəzarət tədbirləri agentlik tərəfindən davam etdiriləcək və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq”, - deyə AQTA-nın məlumatında qeyd olunub.

Vətəndaşlardan qarşılaşdıqları bu kimi xoşagəlməz hallarla bağlı aidiyyəti qurumlara və AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see232

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see220

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see219

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see218

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see181

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see161

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see144

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see139

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see130

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see129

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see125

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see123

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri