Icma.az
close
up
RU
AQTİ bir ildə obyektlərini üçüncü dəfə təmir etdirir: “Otkat”la məşğul olan şirkət qalib olub ARAŞDIRMA

AQTİ bir ildə obyektlərini üçüncü dəfə təmir etdirir: “Otkat”la məşğul olan şirkət qalib olub ARAŞDIRMA

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) daha bir tenderi yekunlaşdırıb.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumu bu dəfə balansında olan obyektlərin əsaslı təmir işlərini həyata keçirəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, bununla əlaqədar “EL-SEYM İNŞAAT” QSC ilə razılaşma əldə olunub. Təmir işlərinə görə, AQTİ şirkətə 824 min 361 manat pul ödəyəcək.
Tribunainfo.az açıq mənbələr üzərindən apardığı araşddırma zamanı müəyyən edib ki, bu, son bir ildə AQTİ üçüncü dəfədir ki, obyektlərini təmir etdirir. Belə ki, qurum ötən ilin noyabrında inzibati və laborator binalarında cari təmir işləri həyata keçirib. “UĞUR TİKİNTİ” MMC ilə bu məsələdə 235 min 512 manat dəyərində müqavilə imzalanıb.
Digər təmir işləri isə inzibati binaları əhatə edib və ötən ilin oktyabrında reallaşıb. Bu tenderin də qalibi “UĞUR TİKİNTİ” MMC olub və görülən işlərin müqabilində 274 min 85 manat pul alıb.
Görünən odur ki, AQTİ bir ildə obyektləri və inzibati binasını təmir etdirmək üçün 1 milyon 133 min manat sərf edib.
Araşdırma zamanı o da bəlli olub ki, AQTİ ilə “EL-SEYM İNŞAAT” QSC heç də bir-birinə yad deyil. Hələ bir neçə il əvvəl tərəflər “Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri”nin satın alınmasında razılaşıblar. 4.2 milyon manatlıq layihənin icrası necə başa çatıb bəlli deyil.
Lakin maraqlı məqam odur ki, sözügedən şirkətin adı qalmaqala da qarışıb. Daha doğurusu, tender oyunlarında iştirakçı olduğu elə məhkəmə zamanı üzə çıxıb. Belə ki, “Azərxalça” ASC üçün rayonlarda xalçaçılıq mərkəzləri tikən “EL-SEYM İNŞAAT”ın rəhbəri Yaşar Ələkbərov Vidadi Muradovun məhkəməsində etiraf edib ki, onlar 4.2 milyonluq tenderi udub. Həmin pulun bir qismini isə “AZƏRXALÇA”nın mərhum rəhbərinə verib.
O həmçinin bildirib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərcləyiblər.
Maraqlıdır ki, belə bir qalmaqala qarışmış şirkətə Qarabağda hazırda 5 böyük tender verilib. Həmin tenderlərin toplam dəyəri isə 60 milyon manata yaxındır. Üstəlik, məhkəmədə “otkat” həyata keçirdiklərini etiraf edən şirkətin tenderlərə buraxılması nə dərəcədə etibarlıdır?
Həmçinin AQTİ-ni hansı maraq bu şirkətlə anlaşmaya sövq edib? Adətən ciddi dövlət qurumları adı qalmaqala qarışmış, üstəlik, məhkəmədə belə təsdiqlənmiş xoşagəlməz işlərlə məşğul olan şirkətlərlə əməkdaşlıq etmirlər.
Qeyd edək ki, ölkədə keçirilən tenderlərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİİBNDX) nəzarət edir. Bu qurumun əsas funskiyalarından biri tenderlərin şəffaf keçirilməsinə nəzarət etməkdir. Lakin görünən odur ki, onlar məsələyə ya ötəri yanaşır, ya da hansısa maraq güdürlər. Əks təqdirdə, bu cür neqativ halların qarşısını almış olardılar. Çünki adı “otkat” işində keçən, üstəlik, məhkəmə qarşısına etiraf edilən fakta rəğmən AİİBNDX həmin şirkətə milyonlarla manatlıq tenderlərin verilməsinə göz yumub. Güman etmək olar ki, dövlət xidməti hansısa maraq qarşılığında baş verənlərə imkan yaradıb.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri Əli Tahir oğlu Nəbiyevdir.

Apardığımız araşdırma və yaranmış suallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna rəsmi sorğu ünvanladıq. Lakin yolladığımız sorğulara heç bir cavab verilməyib.

Ölkədə keçirilən tenderlərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİİBNDX) nəzarət etdiyini nəzərə alaraq onlara da sorğu ünvanlamışıq. Lakin AİİBNDX-dan da sorğumuza cavab verən olmayıb.

İstənilən halda yuazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri