Icma.az
close
up
RU
AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib AZƏRTAC

AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi və təhlükəsiz qidalanma ilə bağlı təlimlər təşkil edilib. Təlimlər “Qida məhsullarının təhlükəsizliyi və markalanma”, “Şəxsi gigiyena və sağlam qidalanma” və “İstehlakçı hüquqları” mövzularında olub. İki gün davam edən təlimlər iştirakçılara qida təhlükəsizliyi, sağlam qidalanma prinsipləri, şəxsi gigiyena və istehlakçı hüquqları barədə məlumat vermək məqsədilə həyata keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimlər çərçivəsində tələbələr institutun fəaliyyət istiqamətləri barədə də ətraflı məlumatlandırılıb. AQTİ-nin Xidmətlərin təşkili departamentinin müdiri Ziyabəddin Hüseynov ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində fəaliyyət göstərən qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar haqqında məlumat verib. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparıldığı diqqətə çatdırılıb.

“Qida məhsullarının təhlükəsizliyi və markalanma” mövzusunda keçirilən təlimdə iştirakçılar qida təhlükəsizliyinin əhəmiyyəti, əsas risklər və onlardan qorunma üsulları, o cümlədən qida zəhərlənməsi və simptomları, çirklənmə, mikroorqanizmlər və temperatur rejimi barədə məlumatlandırılıb. Həmçinin onlara qida məhsullarının üzərindəki etiket məlumatlarına diqqət yetirilməsinin əhəmiyyəti izah edilib. Məhsulların istehsal və son istifadə tarixi, tərkib hissələri və allergenlər, sertifikatlar və keyfiyyət nişanları haqqında məlumat verilib.

“Şəxsi gigiyena və sağlam qidalanma” mövzusunda təşkil olunan təlim zamanı tələbələr şəxsi gigiyenanı qorumanın qida təhlükəsizliyindəki roluna dair məlumatlandırılıb. Onlara əllərin düzgün yuyulması texnikası, təmizlik, geyim gigiyenası və yemək hazırlayarkən əməl edilməli olan gigiyenik qaydalar barədə məlumat verilib. Eyni zamanda, tələbələrə sağlam qidalanmanın prinsipləri izah edilib. Onlar qida piramidası və balanslı qida qəbulu, zərərli qidalardan uzaq durma yolları və gündəlik normaya uyğun su qəbulunun əhəmiyyəti haqqında məlumatlandırılıb.

“İstehlakçı hüquqları” ilə bağlı keçirilən təlimdə iştirakçılara istehlakçı hüquqlarına dair əsas qanunlar, tələblərə uyğun olmayan məhsulların geri qaytarılması proseduru, təhlükəsiz məhsul seçimi zamanı diqqət yetirilməli olan məqamlar və digər məsələlər barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Təlimlər zamanı mövzuya uyğun praktiki məşğələlər təşkil olunaraq müzakirələr aparılıb və suallar cavablandırılıb. Həmçinin tələbələrin təlimlərdə əldə etdikləri biliklər qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri