Icma.az
close
up
RU
“Arağı tərgitməsəm, ölə bilərdim” Xalq artisti

“Arağı tərgitməsəm, ölə bilərdim” Xalq artisti

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.


Modern.az xəbər verir ki, bu barədə aktyor ARB-nin efirində yayımlanan “Pərvizə görə” verilişində qonaq olarkən söz açıb. 


O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib:


“O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim. İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim. Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi. Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər. Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi. Həyat yoldaşım məktəbdə dərs deyirdi. Dolanışıq var idi, insanlar bir-birinə qarşı isti münasibətdə idilər, köməkləşirdilər, darda qoymurdular. Sonra da məlum hadisələr başladı. Bizim bədnam qonşularımız... Həmişə deyirəm, ermənilər yaşamırlar. Bizə də imkan vermədilər yaşamağa. Ardınca Sovet dağıldı. Bizim də yaradıcı enerjimiz yığıldı içimizdə qaldı. O da belə özünü büruzə verdi ki, özümüzü necə sakitləşdirə bilərik? Onda da bir az Moskvaya, Rusiyaya köklənmək var idi. Çünki bu gün də Rusiya dünyanın teatr mərkəzlərindən biridir. Orada da böyük aktyorlar var idi, çox adam onlara görə, düzlənirdi. Eşidirdik ki, onlar da içirlər, biz də içirdik. Sonra bədən dözmədi, mən tövbə etdim, tərgitdim. Haradasa 28 ildir tərgitmişəm. Bunun da bəhrəsini gördüm, bəlkə də tərgitməsəm, onda ölə bilərdim. İkinci yox, bu üçüncü bahardır. Çünki 2022-ci ildə ürək əməliyyatı da keçirdim. Sağ olsunlar, DTX-nın poliklinikasının həkimləri məni həyata qaytardılar. Hələ ki yaşayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see256

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see254

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see247

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see242

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see240

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see230

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see227

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see222

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see218

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see215

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see213

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see212

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see197

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see189

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see188

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see186

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see175

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see163

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri