Arakçı Dəməşqdə Əsədi əmin etdi: Hərtərəfli hazırıq!
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar zamanı İranın xarici işlər naziri Abbas Arakçı İran rəhbərliyinin mesajını çatdırıb. Bu, İranın terrorla mübarizədə qəti niyyətini təsdiqləyir.
Axar.az xəbər verir ki, bu barədə iranlı jurnalist Abbas Cuma Teleqram kanalında yazıb.
Cumanın sözlərinə görə, Tehran Dəməşqə hərtərəfli dəstək verməyə tam hazır olduğunu bildirib:
“Bəşər Əsəd Abbas Arakçıya bildirib ki, Suriya bütün ərazisində terror təşkilatlarına qarşı şiddətli mübarizəni davam etdirir. Əsəd vurğulayıb ki, terrora qarşı mübarizə, terrorun strukturunu dağıtmaq və onun mənbələrini qurutmaq təkcə Suriyaya deyil, həm də bütün regionun sabitliyinə və təhlükəsizliyinə xidmət edir”.
Qeyd edək ki, bundan öncə Bəşər Əsədin terrorla mübarizə üçün İrana rəsmi müraciət etdiyi haqda məlumat yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 01 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















