Arakçı Suriyadakı səfirə bu tapşırığı verdi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri bu gün xarici işlər naziri Abbas Arakçı ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Səfir Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra baş verən son hadisələr, o cümlədən Dəməşqdəki səfirliyin və Suriyadakı digər diplomatik və konsulluq qurumlarının təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirlərlə bağlı XİN başçısına hesabat təqdim edib.
Arakçı səfirə İranın milli təhlükəsizliyi və maraqlarını təmin etmək, Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək, regional təhlükəsizlik və sabitliyi qorumaq üçün Suriyada baş verən prosesləri daim və yaxından izləməyin vacibliyini tövsiyə edib.
Baxış sayı:102
Bu xəbər 15 Dekabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















