Araq içib qadını söyən tiktoker SAXLANILDI
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir “tiktoker” saxlanılıb.
Lent.az-ın xəbərinə görə, 47 yaşlı Davud Bəşirov (şərti adla) “tiktok” sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Fakt əsasında D. Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
D. Bəşirov ifadəsində bildirib ki, ailəsi Türkiyədə yaşayır və özünün qadağası olduğu üçün onların yanına gedə bilmir. Hadisə olan günü evinin həyətində yemək yeyib və araq içib. Sərxoş halda “tiktok”da canlı yayım açıb və bir qadınla danışıb. Danışıq zamanı o, qadını söyüb, həmçinin ünvansız nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu, hərəkətlərindən utandığını və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib.
Məhkəmə onun barəsində 500 manat inzibati cərimə cəzası təyin edib.
Baxış sayı:129
Bu xəbər 29 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















