“Araq qadağası” Rusyanın Krasnoyarsk diyarına da çatdı...
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Rusiyanın Krasnoyarsk diyarında spirtli içkilərin satışına qoyulan məhdudiyyətlər 1 mart 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.
SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, Rusiyanın bu ərazisində spirtli içkilərin satışı saat 21:00-dan 10:00-dək qadağan ediləcək.
Hazırda bölgədə spirtli içkilərin satışı saat 23:00-dan 08:00-dək qadağandır.
Qubernatorun və regional hökumətin mətbuat xidmətinin açıqlamasına görə, “martın 1-dən etibarən Krasnoyarsk diyarında spirtli içkilərin satışı ilə bağlı dəyişikliklər ediləcək: çoxmənzilli binalarda və bitişik ərazilərdə yerləşən mağazalara, eləcə də birinci mərtəbələrdəki müəssisələrə yalnız saat 10:00-dan 21:00-dək spirtli içki satmağa icazə veriləcək”.
...Və həmçinin, Uşaqlar günü (1 iyun) və Bilik günündə (1 sentyabr) bölgədəki bütün mağazalarda spirtli içkilərin pərakəndə satışı qadağan ediləcək.
Açıq havada iaşə müəssisələrinə yalnız regional Sənaye və Ticarət Nazirliyinin xüsusi icazəsi alındıqdan sonra spirtli içki satmağa icazə veriləcək.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 04 Fevral 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















