Icma.az
close
up
RU
Ararat Mirzoyan: Əgər indiki bataqlıqda qalsaq, məhv olacağıq

Ararat Mirzoyan: Əgər indiki bataqlıqda qalsaq, məhv olacağıq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Ermənistanın dövləti kimi mövcud olması üçün sülh yeganə şərtdir”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, istənilən sülh müqaviləsi müharibədən sonra imzalanır, şübhəsiz bu sənəd bütün problemləri dərhal həll etmir: “Dost ölkələr arasında sülh müqaviləsi deyil, tərəfdaşlıq inkişaf etdirilir. Bizim münasibətlərə gəldikdə isə məlum olduğu kimi, uzun illər davam edən düşmənçilik və müharibə olub”.

Mirzoyan bildirib ki, heç bir sülh müqaviləsi ilə müharibə etmiş xalqlar dərhal dost ola bilməz: “Ermənistan və Azərbaycan arasında imzalanmağa hazır olan sülh müqaviləsi bu baxımdan istisna deyil. Təbii ki, müqavilədə həlli müzakirələr tələb edən həssas məsələlər var və bunlar zamanla nizama salınmalıdır. Ermənistan və Azərbaycan arasında imzalanmağa hazır olan sülh müqaviləsi də bu baxımdan istisna deyil. Lakin qeyd etmək vacibdir ki, sənəddə gələcək problemlərin həlli və münasibətlərin tam normallaşdırılması üçün mexanizmlər nəzərdə tutulub. İrəvan və Bakı bundan problemləri həll etmək və nəhayət, münasibətləri nizamlamaq üçün istifadə edə bilər. Qarşıda böyük və zəhmətli iş durur”.

Nazir qeyd edib ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır: “Bakı ilə münasibətlərin normallaşması İrəvanın maraqlarına uyğundur. Sülhün təmin olunması geniş və mürəkkəb bir prosesdir. Müqaviləni imzalamaqla Ermənistan böyük bir bataqlıqdan çıxacaq. Əgər o bataqlıqda qalsaq, məhv olacağıq”.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusən də ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq. “Sülh müqaviləsi imzalandıqdan sonra institusional baxımdan münaqişə başa çatmış olacaq. Bununla da vasitəçilik formatına ehtiyac qalmayacaq. Həm də Ermənistan və Azərbaycan beynəlxalq iddialarını eyni vaxtda geri götürəcəklər”.

Mirzoyan onu da əlavə edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və Ermənistan “müqavilənin yeri, vaxtı və digər təfərrüatlarını razılaşdırmaq” üçün mümkün qədər tez Azərbaycanla məsləhətləşmələrə hazırdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da Minsk qrupunun buraxıla biləcəyini bəyan edib.

İki ölkə arasında sülh müqaviləsi imzalananadək həlli vacib məsələlərdən biri Ermənistan konstitusiyası ilə bağlıdır. Bu, sülh müqaviləsindən kənar razılışdırılmayan çox ciddi məsələdir. Hayastanın ana qanununda müvafiq dəyişikliklər edilmədən sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki bu konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları var. Daha doğrusu, bu sənəddə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın yer aldığı Müstəqillik bəyannaməsinə istinad olunub. Bildirək ki, Ermənistan Respublikasının Müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə normal əlaqələr qurmaq istəyirsə, qanunvericiliyində ərazi iddiaları ilə bağlı olan maddələr çıxarılmalıdır. Deməli, hüquqi problemlərin yaranmaması üçün yeni konstitusiya qəbul edilməlidir. Bakı dəfələrlə bildirib ki, davamlı sülhə gedən yol boş bəyanatlardan deyil, təhdidlərin aradan qaldırılmasından keçir. Əgər Ermənistan həqiqətən də sülh imzalamaqda səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna maneə yaradan bütün maneələri aradan qaldırmalıdır. Bunun başqa yolu yoxdur. Bəs bu barədə Mirzoyan nə deyib?

Ermənistanın XİN rəhbəri bildirib: “Biz Azərbaycanın Ermənistan konstitusiyası ilə bağlı şərhini eşitmişik. Təbii ki, razılaşdırılmış mətndə bu barədə heç nə yoxdur... Məlumdur ki, bizim də öz növbəmizdə Azərbaycan Konstitusiyası ilə bağlı narahatlıqlarımız var. Orada Ermənistana qarşı müəyyən ərazi iddialarını görürük. Lakin o da məlumdur ki, müqavilənin mətnində bu cür narahatlıqları aradan qaldıran müəyyən müddəalar var. Tərəflər sülh sazişinin mətnində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıyırlar, lakin kvadrat kilometrdən bəhs edilmir”.

Mirzoyan daha sonra deyib ki, delimitasiya komissiyalarının əsasnamələrinin ratifikasiyası ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı bütün narahatlıqları aradan qaldırır: “Amma nəzəri cəhətdən konstitusiyalarda belə iddialar olsa da, müqavilənin imzalanması və ratifikasiyası bu məsələləri aradan qaldırır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı Mətin Məmmədli XQ-yə bildirdi ki, Mirzoyan bununla Azərbaycan ilə Ermənistan konstitusiyaları arasında paralellik və bərabərlik yaratmağa cəhd edib: “Amma bu, heç bir nəticə verməyəcək. Çünki Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycanın Ana qanununa istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında və 1918-ci il İstiqlal bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”.

Yada salaq ki, Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə məlumat verib. Paşinyan bildirib ki, yeni konstitusiya ilə bağlı təklif etdiyi tezis geniş müzakirə edilib və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olunub. Lakin, o qeyd edib ki, “Real Ermənistan” ideologiyası çərçivəsində təklif başqa bir məna daşıyır: “Bu şərtlər altında mövcud ola biləcək mətnin regional əhəmiyyət kəsb etməsini inkar etmək mümkün deyil”.

Beləliklə, Ermənistan konstitusiyaya dəyişiklik etməklə ölkəmizə qarşı ərazi iddialarından əl çəkməli, həllini gözləyən problemlər aradan qaldırılmalıdır. Ondan sonra ədalətli sülh müqaviləsi imzalana bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Mart 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri