Ararat Mirzoyan: Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlər var
Icma.az, Sherg.az saytına istinadən bildirir.
“Təəssüf ki, bütün məsələlər həll olunmayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən danışarkən deyib.
“Qalan məsələlərin həlli artıq bərqərar olmuş sülhü möhkəmləndirəcək. Azərbaycanla dialoqumuz davam edir”, - o, estoniyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə bildirib.
Mirzoyan qeyd edib ki, Estoniya xarici işlər naziri ilə İranda baş verən hadisələri müzakirə edib: “Həmçinin, dünyanın üzləşdiyi problemlər və mümkün həll yolları barədə fikir mübadiləsi aparmağa çalışdıq”.
Nazir həmçinin estoniyalı həmkarına Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün infrastrukturların açılması, TRIPP layihəsi və bu istiqamətdə davam edən işlər ilə bağlı məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Aprel 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















