Ararat Mirzoyan və Elison Huker “Tramp marşrutu“nu müzakirə ediblər
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda "Tramp marşrutu" layihəsinin reallaşdırılmasına hazırlığın gedişatını müzakirə ediblər.
Moderator.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilir ki, tərəflər layihənin daha geniş nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıblar.
Onlar Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.
Tərəflər energetika, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması da daxil olmaqla, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı dərinləşdirmək əzmini təsdiqləyiblər.
Mirzoyan Ermənistan-ABŞ ikitərəfli gündəliyinin genişləndirilməsinə yönəlmiş siyasi dialoqda dinamikanın fəal olduğunu vurğulayıb.
Tərəflər avqustun 8-də Vaşinqton sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün görülən işlərdən danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















