Icma.az
close
up
RU
Araşdırma: Milyonçular Britaniyanı tərk edir

Araşdırma: Milyonçular Britaniyanı tərk edir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Henley & Partners" şirkətinin tədqiqat firması "New World Wealth" ilə birgə hazırladığı yeni hesabatda kapital axını ilə bağlı maraqlı məlumatlar yer alır.

Bizimyol.info xəbər verir ki, araşdırmalar göstərir ki, getdikcə daha çox varlı insanlar təhlükəsizlikdən çox, yeni iqtisadi, vergi və mədəni paradiqmalar səbəbilə köç etməyə qərar verirlər.

2025-ci ildə Böyük Britaniya milyonçuların tərk etdiyi ölkələr sırasında ilk yeri tutur – 16 500 varlı şəxsin ölkədən köçəcəyi proqnozlaşdırılır. Bu siyahıda ikinci yeri isə Çin tutur – oradan 7 800 milyonçunun gedəcəyi gözlənilir. Halbuki, Çin son on il ərzində bu reytinqdə daim birinci olmuşdu. Cənubi Koreyada da kəskin artım var – ötən ilə nisbətən iki dəfə çox, 2 400 nəfər ölkəni tərk edəcək; bu da ölkədəki siyasi və iqtisadi qeyri-sabitliklə əlaqələndirilir.

Digər tərəfdə isə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyanın ən populyar istiqaməti kimi önə çıxır – 2025-ci ildə buraya 9 800 yeni milyonçunun gələcəyi gözlənilir. Əsas səbəblər arasında “qızıl vizalar”, əlverişli vergi sistemi, inkişaf etmiş biznes mühiti və Birləşmiş Krallıq, Hindistan, Rusiya, Cənub-Şərqi Asiya və Afrika ölkələrindən olan varlı şəxslərin marağı qeyd olunur.

Səudiyyə Ərəbistanı da sürətlə yüksələn ölkələrdəndir – əsasən Riyad və Ciddədə mövqe möhkəmləndirən beynəlxalq investorlar və vətənə qayıdan varlı vətəndaşlar sayəsində 2 400 milyonçunun ölkəyə köçməsi gözlənilir.

İkinci yerdə ABŞ qərarlaşır – təxminən 7 500 milyonçunu qəbul edəcəyi proqnozlaşdırılır. Əsas axın Asiya, Latın Amerikası və Böyük Britaniyadan olacaq.

"Henley & Partners" şirkətinin baş direktoru doktor Yorq Stefan qeyd edir:

“2025-ci il dönüş nöqtəsi olacaq. İlk dəfədir ki, Avropa ölkəsi – Böyük Britaniya – dünyada ən çox milyonçu itirən ölkə mövqeyindədir. Bu, təkcə iqtisadi dəyişiklik deyil, həm də varlı insanların azadlıq, sabitlik və yeni imkanlar axtarışında olan düşüncə tərzindəki dərin dəyişikliyin göstəricisidir. Bu tendensiyanın Avropa, xüsusilə də Britaniya iqtisadiyyatına uzunmüddətli təsirləri çox ciddi ola bilər.”

Britaniya ilə yanaşı digər Avropa ölkələri də bu axından zərər görür: Fransanın 800, İspaniyanın 500, Almaniyanın isə 400 milyonçunu itirəcəyi gözlənilir. Həmçinin, İrlandiya (100), Norveç (150) və İsveç (50) kimi ölkələr də bu tendensiyaya qoşulub. Əsas səbəblər sırasında vergi dəyişiklikləri, miras qanunlarının sərtləşdirilməsi və xarici investorlar üçün qoyulan yeni tələblər yer alır.

Avropada bu vəziyyətdən faydalanan əsas ölkələr isə aşağıdakılardır:

İsveçrə (3 000+), İtaliya (3 600+), Portuqaliya (1 400+) və Yunanıstan (1 200+) – bu ölkələr əlverişli vergi sistemi, xoş iqlim, aşağı yaşam xərcləri və investisiya qarşılığında vətəndaşlıq proqramları ilə milyonçular üçün cəlbedici məkana çevriliblər.

Monako, xüsusilə Britaniya, Afrika və Yaxın Şərqdən olan ultra-zənginləri cəlb etməyə davam edir və əlavə 200 milyonçunun gəlişi gözlənilir.

Hətta kiçik dövlətlər də artım nümayiş etdirir: Malta (500+) son on ildə milyonçuların sayında 87% artım qeydə alıb, lakin Avropa məhkəməsinin vətəndaşlıq proqramına qarşı qərarı səbəbilə bu artımın tempində azalma gözlənilir.

Qara Dəniz sahillərində yerləşən Monteneqro (150+) isə son 10 ildə 124%-lik artım ilə Avropada ən sürətli artım tempinə sahibdir.

Latviya da özünü fərqləndirir – bu il ölkəyə 100 yeni milyonçunun köçəcəyi proqnozlaşdırılır.

Asiyada müsbət tendensiya davam edir: Yaponiya (600+), Honq Konq (800+), Tayland (450+) və Sinqapur (1 600+) – sabitlik, infrastruktur və yüksək həyat standartları sayəsində regional mərkəzə çevriliblər.

Latın Amerikası və Karib hövzəsində də artım müşahidə olunur – xüsusilə Kosta Rika (350+), Panama (300+), Kayman adaları (200+) və Bermuda (50+) kimi ölkələrdə.

Afrikada isə bu istiqamətdə yenilik var: Mərakeş, Mavrikiy və Seyşel adaları bu il hər biri 50-dən çox milyonçunun gəlişini gözləyir. Bu ölkələr də artıq qlobal kapital miqrasiyası xəritəsində görünməyə başlayır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri