Icma.az
close
up
RU
Araşdırmaçı jurnalist: Putin güc dilindən başqa dil anlamır

Araşdırmaçı jurnalist: Putin güc dilindən başqa dil anlamır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın dron hücumu ikinci Troya atıdır – bu, ədalətin təntənəsidir

Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi yeni “Hörümçək Toru” əməliyyatı Rusiya ordusuna qarşı ən uğurlu hücumlardan biri kimi dəyərləndirilir. Əməliyyat çərçivəsində Ukrayna pilotsuz uçuş aparatları və xüsusi təyinatlı bölmələr vasitəsilə Rusiyanın işğal altındakı Donbas bölgəsindəki əsas komanda mərkəzlərinə və logistika xətlərinə ağır zərbələr endirib. Yüksək dəqiqlikli kəşfiyyat və pilotsuz hücum əməliyyatlarının arxasında duran əsas fiqur Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general Vasili Malyukdur. O, müasir Ukrayna dövlətçiliyinin təhlükəsizlik sistemini yenidən quraraq müharibə şəraitində ona operativlik qazandıran strateji komandan sayılır. Məhz onun rəhbərliyi ilə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın öz ərazisində belə yüksək səviyyəli əməliyyatlar aparacaq gücə çatıb. Əməliyyatdan dərhal sonra Malyuk Prezident Zelenskiyə raport təqdim edərək bildirib ki, əməliyyatda iştirak edən şəxslər vaxtında və təhlükəsiz şəkildə Rusiya ərazisindən çıxarılıb. Onun bu çıxışı Ukrayna ictimaiyyətində böyük rezonans doğurub və mütəxəssislər tərəfindən “yeni dövrün hibrid müharibə doktrinası” kimi dəyərləndirilib. Qeyd edək ki, general Malyuk Ukraynada mediaya nadir hallarda çıxan, lakin fəaliyyəti ilə ölkənin təhlükəsizlik sistemində dərin dəyişikliklərə imza atan simadır. O, NATO və Aİ strukturları ilə əməkdaşlıqda, xüsusilə kiber təhlükəsizlik, pilotsuz sistemlər və daxili sabotajla mübarizə sahələrində aparıcı fiqur hesab olunur. Bu əməliyyat Rusiya hərbi aviasiyasına ağır zərbə olmaqla yanaşı, müasir müharibənin necə dəyişdiyini də nümayiş etdirdi. Artıq quru qoşunlarının irəliləyişi və tankların sayı deyil, ağıllı texnologiyalar, kəşfiyyat və yüksək manevr qabiliyyəti həlledici rol oynayır. Sosial şəbəkələrdə yayılan simvolik illüstrasiyalarda “Troya atı”ndan çıxan dronlar təsvir olunur. Bu təsvirlər müasir hərbi hiyləgərliyin pilotsuz texnologiyalarla necə birləşdiyini simvolizə edir. Hücumun qədim Yunan mifologiyasındakı Troya savaşlarına bənzədilməsi təsadüfi deyil. Dronların yük maşınları vasitəsilə Rusiya ərazisinə yeridilməsi və oradan hücum məntəqələrinə buraxılması Troya atı ilə uzlaşan bir hadisədir. Troya atı barədə əsatir ilk dəfə Homerin Odissey əsərində xatırlanır. "Troya atı" Yunan döyüşçüsü Odisseyin Troya divarlarını aşmaq və şəhərə gizlicə girmək üçün düzəltdirdiyi taxtadan at maketidir. Yunan ordusu Troyanı (Türkiyənin indiki Hisarlık şəhəri) uğursuz olaraq 10 il mühasirədə saxladıqdan sonra əsgərlər beziblər. Odisseyin ağlına taxtadan at düzəltmək fikri gəlir və plana görə, içində seçmə döyüşçülərin gizləndiyi atı Troya önünə qoyub gedirlər. Troyalılar taxta atı şəhərin içinə çəkirlər və atın içindəki Afina döyüşçülərinin qəfil toruna düşürlər. Nəticədə Troya şəhəri tamamilə xarabazara çevrilir.  


Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev Sherg.az-a deyib ki, Qərb mətbuatı Rusiyanın strateji bombardman təyyarələrinin saxlandığı aeroportlara Ukrayna tərəfindən genişmiqyaslı hücumların təşkil edilməsini ikinci "Pörl-Harbor" adlandırıb. Ekspertin sözlərinə görə, TIR-larda gizlədilərək Ukraynadan 2 min kilometr uzaqlıqda yerləşən Sibirə aparılan çoxlu sayda dronlar vasitəsilə 40-dan çox strateji qırıcıların məhv edilməsini ikinci "Troya atı" hadisəsi adlandırmaq sadəcə tarixin təkrar olunması yox, həm də ədalətin təntənəsidir: 


"Ukraynanın bu addımı ilk növbədə Rusiyanın raket hücumlarına cavabdır. Ukrayna bununla eyni zamanda, "müharibə allahı" obrazında çıxış edən Putinə ciddi mesaj verdi və onu müharibəni dayandırmağa, danışıqlar masasına əyləşməyə dəvət etdi. Çünki Putin güc dilindən başqa dil anlamır. Kreml rəhbərini yalnız bu cür sərt üsullarla sülhə məcbur etmək olar. Lakin təəssüf ki, Ukraynanın əks cavab zərbələrinə Rusiya tərəfindən adekvat reaksiya yoxdur. İsterika rusların olub-bitən ağlını kütləşdirib. Manyaklaşmış, zombiləşmiş rusiyalı ekspertlər, deputatlar, blogerlər Kremli müharibəni təcili dayandırmağa çağırmaq əvəzinə, Ukraynanın dron hücumuna cavab olaraq Moskvanı İstanbul danışıqlarına qatılmamağa və nüvə silahından istifadə etməyə çağırırlar. Rus yazıçısı və diplomatı A.S.Qriboyedovun məşhur “Ağıldan bəla” ifadəsi bu yerdə yada düşür. Rus ağlı artıq təkcə rusların özü üçün deyil, bütün bəşəriyyət üçün real təhlükəyə, bəlaya çevrilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri