Icma.az
close
up
RU
Araşdırmaçı: Kobixadze məsələni Dərin dövlət maraqları kimi təqdim etməklə kütləni aldadır

Araşdırmaçı: Kobixadze məsələni Dərin dövlət maraqları kimi təqdim etməklə kütləni aldadır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dərin dövlət" Avropa strukturlarına Ukraynada hərbi əməliyyatları davam etdirmək əmri verib. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Kobaxidze jurnalistlərə bildirib ki, "Dərin dövlət" Avropa strukturlarına Ukraynada müharibəni davam etdirməyi tapşırıb. Bundan əvvəl Amerika strukturları da bu prosesdə iştirak edirdi. İndi dərin dövlət eksklüziv olaraq Avropa strukturlarına Ukraynada müharibəni davam etdirməyi tapşırıb. Onun sözlərinə görə, Gürcüstan da daxil olmaqla, “anti-dövlət prosesləri” ilə məşğul olan təşkilatların maliyyələşdirilməsində də eyni şey baş verir – bu təşkilatlar indi yalnız AB-dən maliyyələşir.

Kobaxidze vurğulayıb ki, "dərin dövlət" Avropa bürokratiyasından öz məqsədləri üçün istifadə edir.


Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a söyləyib ki, son vaxtlar dövlətlərin idarə edilməsində konspirasiya nəzəriyyəsinə əsaslanmaq dəbdədir:


“Gürcüstan baş naziri də yaranmış situasiyada görünən odur ki, atdığı və atacağı addımları əsaslandırmaq üçün dayaq nöqtəsi axtarır. Ortada Rusiyanın Ukraynaya təcavüz faktı var. Bu faktı gözardı etmək üçün müxtəlif ehtimallar düşünülür. Sözsüz ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra hər bir dövlət siyasətini özünə sərf edən nəticələrin əldə olunması üçün formalaşdırmaqda maraqlıdır. Bu isə təbii olaraq normaldır. Bunu "Dərin dövlət" maraqları kimi təqdim etmək isə kütləni aldatmaqdan başqa bir şey deyil. Ukraynada müharibənin dayandrılmasını hamı istəyir. 

Kobaxidzenin məntiqi ilə yanaşsaq rəsmi Kiyevə dəstək verilməməli və Ukrayna Rusiyaya təslim olmalıdır. Müharibəni dayandırmaq Ukraynanın ərazi itkisi ilə nəticələnəcəksə bunu necə qəbul etmək olar?

Bu gün Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Avropaya inteqrasiya tərəfdarıdır. Kobaxidzenin bu yanaşması sözsüz ki, Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə mənfi təsir edəcək. Və Kobaxidze bu situasiyada günahın Gürcüstan hökumətində deyil, Avropa bürokratiyasında olduğunu əsaslandırmaq üçün istifadə edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri