Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Araşdırmalar bəzi insanların niyə çox yeyib kökəlmədiyini izah edib

Araşdırmalar bəzi insanların niyə çox yeyib kökəlmədiyini izah edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Bəzi insanlar çox yeyə və eyni zamanda arıq qala bilirlər. Çoxsaylı araşdırmalar göstərib ki, arıqlıq hər hansı bir tək səbəblə deyil, iştaha, fiziki aktivlik və enerji sərfiyyatındakı fərqlərin birləşməsi ilə bağlıdır.

Piylənmə qəbul edilən enerji ilə ümumi enerji sərfiyyatı arasındakı disbalansdan yaranan qlobal səhiyyə problemidir. Lakin belə təəssürat yaranır ki, bəzi insanlar çəki almadan “istədiklərini yeyə bilirlər”.

2022-ci ildə Aberdin Universiteti və Çin Elmlər Akademiyasının alimləri bununla bağlı araşdırma aparıblar, nəticələr isə “Cell Metabolism” jurnalında dərc edilib. Tədqiqatda 150 arıq insan (bədən kütlə indeksi 18,5-dən aşağı) və normal bədən kütlə indeksinə malik 173 nəfər iştirak edib. Alimlər qidalanmanın qeydlərini aparmaq əvəzinə, enerji sərfiyyatını ölçməyə imkan verən metodlardan istifadə ediblər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, çox arıq insanlar orta hesabla normal bədən kütlə indeksinə malik insanlarla müqayisədə daha az hərəkət edirlər. Onlar orta hesabla təxminən 12 faiz daha az kalori qəbul edirlər. Bununla yanaşı, belə insanlarda istirahət vəziyyətində enerji sərfiyyatı orta hesabla daha yüksək olub. Bu göstərici qalxanabənzər vəz hormonlarının daha yüksək səviyyəsi ilə bağlı olub.

Ehtimal olunur ki, arıqlığın qorunub saxlanılmasında gündəlik aktivliyin termogenezi (NEAT) də mühüm rol oynayır. NEAT insan yatmadığı, yemək yemədiyi və idmanla məşğul olmadığı vaxt ərzində bədənin gün boyu sərf etdiyi bütün enerjini əhatə edir. Mayo Klinikasının tədqiqatçısı Ceyms Levin bildirirdi ki, eyni bədən quruluşuna malik iki insan arasında bəzi hallarda NEAT fərqi gündə 2000 kaloriyə çata bilər. Onun komandası araşdırmalardan birində müəyyən edib ki, piylənmədən əziyyət çəkən insanlar arıq insanlarla müqayisədə gündə orta hesabla 150 dəqiqə çox otururlar.

2023-cü ildə “Frontiers in Sports and Active Living” jurnalında dərc olunmuş məqaləsində Levin “yerində dura bilməmə amili” adlı hipotez irəli sürüb. Bu, artıq enerji olduqda spontan hərəkəti artırmağa qadir anadangəlmə neyrobioloji meyl kimi izah olunur.

Böyük əhəmiyyət kəsb edən amillərdən biri də, ehtimal ki, genetikadır. Kembric Universitetinin alimləri çox arıq insanların, ağır piylənməsi olan şəxslərin və normal çəkili insanların DNT-sini müqayisə ediblər. Komanda piylənmə riskinin artması ilə bağlı həm əvvəldən məlum olan, həm də bir neçə yeni genetik variant aşkar edib. Tədqiqatçılar həmçinin aşağı bədən çəkisinə meyillə əlaqəli genetik amillərin də mövcudluğunu qeyd ediblər.

2020-ci ildə italiyalı alimlər qrupu “Obesity Research & Clinical Practice” jurnalında dərc olunmuş meta-analiz aparıb. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, xroniki yuxu çatışmazlığı da piylənmə ehtimalını artıra bilər.

Alimlərin bəzi insanların digərlərindən bir qədər çox yeyib, lakin buna baxmayaraq kökəlməməsinin səbəbi ilə bağlı vahid cavabı yoxdur. Buna xəstəliklər, dərman qəbulu, genetika və yağsız bədən kütləsi də daxil olmaqla çoxsaylı amillər təsir edir. Yadda saxlamaq vacibdir ki, enerji qəbulu yalnız əsas yeməklərlə məhdudlaşmır, qəlyanaltıları da əhatə edir. Enerji sərfiyyatı də öz növbəsində yalnız məşqlərdən asılı deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2026 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri