Icma.az
close
up
RU
Araşdırmalar mütəxəssisləri qorxuya salıb: Santorinidəki Kameni vulkanı təşviş yaradır

Araşdırmalar mütəxəssisləri qorxuya salıb: Santorinidəki Kameni vulkanı təşviş yaradır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Egey dənizində yerləşən Yunanıstana məxss Santorini adası son günlər ardıcıl zəlzələlərlə sarsılır. Bu təkanlar vulkanik aktivliklə bağlı narahatlıqları daha da artırıb. Xüsusilə, keçmişdə güclü püskürmələrə şahidlik edən Kameni vulkanı ilə bağlı aparılan yeni araşdırmalar alimlər arasında ciddi təşviş yaradıb.

Qaynarinfo "National Geographic"ə istinadən xəbər verir ki, Santorini adası ətrafında 28 yanvar - 5 fevral tarixləri arasında 500-dən çox zəlzələ qeydə alınıb. Zəlzələlərin dərinliyi 5 ilə 25 kilometr arasında dəyişir. Təkanların davam etməsi səbəbindən Santorini və ətrafdakı İos, Amorgos və Anafi adalarından 6 min insanın təxliyə edildiyi bildirilib.

Yunanıstan Milli Rəsədxanasının tədqiqat direktoru Athanassios Qanas dövlət televiziyası ERT kanalına açıqlamasında bildirib: "Belə bir şeyi ilk dəfə görürük, daha əvvəl buna bənzər bir hadisə yaşamamışıq". 

Yunanıstanın Cənubi Egey bölgəsindəki yanğınsöndürmə qrupları hazır vəziyyətə gətirilib və Santoriniyə mümkün fövqəladə hallara müdaxilə üçün xilasetmə dəstələri göndərilib.

Vulkanik aktivlik təhlükəsi artır

Bu qədər çox sayda zəlzələnin qeydə alınması vulkanik fəallıq ehtimalını gündəmə gətirib. Çünki Bodrum sahillərinə təxminən 170 kilometr məsafədə yerləşən Santorini adası eramızdan əvvəl 1500-cü illərdə baş vermiş tarixin ən böyük vulkan püskürmələrindən birinin nəticəsində indiki hilal formasını alıb.

Santorini adasında iki aktiv vulkan var: Kameni və Kolumbo. Lakin mütəxəssislər ən çox Kameni vulkanından narahatdırlar. Son tədqiqatlar da bu narahatlıqları gücləndirib.

Son 10 min ilin ən güclü püskürmələrindən biri

Santorininin mərkəzində, dəniz səviyyəsindən yuxarıda yerləşən iki zirvəli Palea və Nea Kameni bölgəsi vulkanoloqların əsas diqqət mərkəzindədir. Tarixdə bu bölgədə baş verən nəhəng püskürmələr adanın strukturunu dəyişib. Hər bir püskürmədən sonra vulkan yenidən maqma ilə dolaraq daha bir böyük püskürməyə hazırlaşıb. Ən dağıdıcı püskürmə isə eramızdan əvvəl 1560-cı ildə baş verib.

Bu püskürmə, eyni zamanda Minos sivilizasiyasının süqutunun başlanğıcı hesab edilir. Hazırda Santorini adası yenidən bu vulkanik dövrün ortasında olduğu ehtimal edilir.

Ən az beş böyük püskürmə qeydə alınıb

Kameni vulkanı dövri püskürmələrlə fəaliyyət göstərərək böyük çökəkliklər yaradıb. Bu vulkanın aktivliyi təxminən 650 min il əvvələ gedib çıxır. Tarixi qeydlərə əsasən, eramızdan əvvəl 1560-cı il püskürməsinə əlavə olaraq, ən azı beş böyük püskürmə də baş verib.

Məsələn, 726-cı ildə Kameni vulkanının püskürməsi böyük miqdarda ərimiş maddə yayaraq bölgədə ciddi dağıntılara səbəb olub. O dövrdən qalan vulkanik süxurlar, bunun Kameni vulkanının törədə biləcəyi ən pis ssenarilərdən biri olduğunu göstərir.

Lakin "Nature Geoscience" jurnalında yayımlanan yeni araşdırmaya görə, əslində həmin püskürmə bir-iki qat daha güclü olub. Hesablamalara görə, Kameni vulkanından ən az 100 milyard kub fut lava, kül və yandırıcı süxurlar atılıb. Bu, 2022-ci ildə Sakit okeandakı Hunqa Tonqa-Hunqa Haapai sualtı vulkanının möhtəşəm püskürməsi ilə müqayisə edilir.

Son dəfə 1950-ci ildə püskürən Kameni vulkanı 2011-2012-ci illərdə bəzi seysmik aktivliklər nümayiş etdirmişdi. Lakin mütəxəssislər bunun vulkanın tamamilə "yatdığı" anlamına gəlmədiyini vurğulayır.

Mütəxəssislər narahatdır: "Bu, həm ada sakinləri, həm də turistlər üçün təhlükəlidir"

Almaniyanın Hamburq Universitetində geofizik və bu araşdırmanın baş müəllifi Yonas Preyne deyib: "Bugünkü şərtlərdə belə bir püskürmə böyük nəticələrə səbəb olardı. Bu, həm Santorini adasında yaşayan 15 mindən çox insan, həm də hər il buranı ziyarət edən 2 milyon turist üçün ciddi təhlükə yaradır".

Oksford Universitetindən volkanoloq David Pile isə bildirib: "Bu, orta və böyük miqyaslı püskürmələrin əvvəllər düşündüyümüzdən daha güclü ola biləcəyini göstərir".

İngiltərədə yerləşən Sautqempton Milli Okeanoqrafiya Mərkəzinin sualtı vulkanoloqu İzabel Yeo isə daha ciddi xəbərdarlıq edib: "Kameni hələ də olduqca aktivdir, bu səbəbdən hər zaman risk var. Xüsusilə, 726-cı il püskürməsi Kameni vulkanının gələcəkdə nə qədər təhlükəli ola biləcəyini anlamaq üçün əsas bir göstəricidir".

Sunami təhlükəsi gündəmə gəlib

Kameni vulkanının keçmişinə daha dərindən nəzər salmaq üçün Beynəlxalq Okean Kəşfiyyat Proqramı üzvləri adanın sualtı bölgələrində qazıntılar apararaq kül və vulkanik qalıqlar aşkarlayıblar. Xüsusilə, 726-cı il püskürməsinə aid böyük miqdarda kül və süngərdaşının tapılması, həmin püskürmənin təsirlərinin çox daha geniş miqyaslı olduğunu təsdiqləyib.

"100 milyard kub fut vulkanik materialın püskürməsi qorxunc bir ehtimaldır. Lakin reallıq bundan da dəhşətli ola bilərdi. Kameni vulkanının təsiri indiyə qədər düşündüyümüzdən daha böyük ola bilər. Bugünkü şərtlərdə baş verəcək bir püskürmə yalnız kül və süngərdaşının tökülməsi deyil, eyni zamanda adanın çökməsi nəticəsində yaranacaq sunamiləri də gündəmə gətirir", deyə İzabel Yeo bildirib.

Kembric Universitetindən vulkanoloq Ami Donovan deyib: "Vulkanın potensial sunamilər yaratma riski və bundan təsirlənə biləcək minlərlə insan nəzərə alındığında, Santorini vulkanik aktivliyi ciddi şəkildə araşdırılmalıdır".

"Vulkanın hələ də kəşf olunmamış sirləri var"

Santorini müasir vulkanologiyanın əsas araşdırma obyektlərindən biri hesab edilir. Bölgə intensiv şəkildə tədqiq olunsa da, alimlər adanın hələ də bəzi sirrlər saxladığını düşünürlər.

Aparılan araşdırmanın rəhbəri Yonas Preyne deyir: "Biz bu vulkanı hər gün araşdırırıq, lakin Santorini hələ də bizi təəccübləndirməyə davam edir. Vulkanın hələ də kəşf etmədiyimiz bəzi sirləri var".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri