Icma.az
close
up
RU
Arayik və digərlərinin məhkəməsində vəkillər bəraət verilməsini istəyiblər

Arayik və digərlərinin məhkəməsində vəkillər bəraət verilməsini istəyiblər

Azpost saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 27-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı

Məhkəmədə təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı başlayıb.

Təqsirləndirilən Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışının əvvəlində xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Stepanyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut qəsəbəsində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb.

Vəkil deyib ki, 2023-cü il sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşaraq onlara təslim olub.

“Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm”, – deyə vəkil əlavə edib.

Q.Stepanyanın digər vəkili Rafiq Kərimov da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov çıxışında qeyd edib ki, hüquqlarını qoruduğu şəxs qeyd edilən cinayət hadisələrinin törədilməsində təqsirli deyil. Vəkil söyləyib ki, V.Beqlaryan 2012-2013-cü illərdə Ağdərə ərazisində müddətli həqiqi hərbi qulluqçu – əsgər kimi xidmət keçib. Onun sözlərinə görə, V.Beqlaryan 2022-ci ildə Xankəndi şəhərində yerləşən hərbi birləşmədə müddətdən artıq hərbi qulluqçu, əsgər kimi 3 illik müqavilə imzalayıb və bir neçə dəfə Çərəkdar kəndi istiqamətində yerləşən döyüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib.

Müdafiəçi deyib ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 3 il müddətinə müqavilə imzalayaraq Xankəndi şəhərində yerləşən hərbi birləşmədə xidmət etməsi faktının təqsir qismində Vasili Beqlaryana şamil edilməsi ədalətli və qanuni sayıla bilməz. Belə ki, həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu, onun iş tapa bilməməsi, müqavilə əsasında əməkhaqqı alması məqsədilə edilib. Müdafiəçi deyib ki, qeyd edilən dəlil təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta yetirilir.

O qeyd edib ki, V.Beqlaryan tutulduğu vaxtdan, yəni 2023-cü il sentyabrın 26-dan indiyədək, elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Müdafiəçi V.Beqlaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayətkar birliyin üzvü olmayıb. O, ittiham tərəfinin sübutlarını qəbul etmədiklərini söyləyərək, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

A.Qukasyanın digər vəkili Nailə Tağıyeva da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Manukyanın müdafiəçisi Valeh Qurbanov deyib ki, hüquqlarını qoruduğu şəxs özünü təqsirli bilmir, eləcə də özünü heç bir cinayətkar birliyin üzvü hesab etmir. Vəkil daha sonra söyləyib: “David Manukyan heç bir qanunsuz silahlı dəstənin yaradıcısı və üzvü olmayıb. O, hərbçi olub, hərbi təlimat əsasında fəaliyyət göstərib”.

Müdafiəçi bildirib ki, baş verənlərdə əsas təqsirkar Ermənistanın siyasi-hərbi rəhbərliyidir.

O, D.Manukyanın mövqeyini müdafiə etdiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən David Babayanın vəkili Çingiz Mansurov hüquqlarını müdafiə etdiyi şəxsin 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbçilərinə könüllü şəkildə təslim olduğunu söyləyib. Müdafiəçi deyib ki, D.Babayan özünü elan olunmuş ittihamlarda təqsirli bilmir. O, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs Madat Babayanın müdafiəçisi Leyla Namazzadə çıxışında deyib ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycan helikopterinin vurulması nəticəsində ölkəmizin dövlət xadimlərinin həyatına sui-qəsd etmə epizodu üzrə M.Babayana bəraət verilməlidir. O bildirib ki, M.Babayan həmin dövrdə Ağdərə və Tərtər istiqamətində postlarda xidmət edib və odlu silahdan canlı hədəflərə qarşı heç bir atəş açmayıb, yalnız açıq havaya atəşlər açıb.

Vəkil daha sonra deyib: “Hüquqlarını müdafiə etdiyim Madat Babayan istintaqa səmimi ifadə verib və məhkəmə istintaqı zamanı istintaqda verdiyi ifadəni iki dəfə təsdiqləyib. Onun verdiyi səmimi ifadə və iti yaddaşı nəticəsində Xocalı ərazisindən özünün birbaşa göstərdiyi nöqtələrdən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş şəxslərin qalıqları aşkar olunub, şəxsiyyətləri müəyyən olunduqdan sonra ailələrinə təhvil verilib. Qətlə yetirilmiş soydaşlarımız 30 ildən sonra adət-ənənəmizə uyğun qaydada dəfn olunub. Hüquqlarını müdafiə etdiyim şəxs Xocalı hadisələrində iştirak etsə də, heç kimi öldürməyib, mülki şəxslərə atəş açmayıb, o, sıravi əsgər kimi xidmət edib. Madat Babayan 1991-1994-cü illərdə Azərbaycan xalqına qarşı etnik təmizlənmədə, o cümlədən Xocalı hadisələrində verilən işgəncələrə yalnız şahidlik etdiyindən səmimi peşmandır. Buna görə Azərbaycan xalqından və Azərbaycan Respublikasının Prezidentindən üzr istəyir”.

Müdafiəçi təqsirləndirilən şəxsin ittiham olunduğu epizodlar üzrə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

M.Babayanın digər müdafiəçisi Elnur Vəliyev də özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərdiyi xüsusatlarla razılaşdığını bildirib.

Məhkəmə prosesi dekabrın 4-də davam etdiriləcək.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpost.info
archiveBu xəbər 27 Noyabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri