Icma.az
close
up
RU
Arayikgillə bağlı iddiaya rəsmi Bakıdan Sərt cavab

Arayikgillə bağlı iddiaya rəsmi Bakıdan Sərt cavab

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları düzgün hesab etmirik”.

AZXEBER.COM xəbər verir ki, bunu Teleqraf.com-a müsahibəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialarına münasibətini bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir: "Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. Məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini biz düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik.

Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistanın dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib.

Ermənistan təcavüzkar və işğalçı dövlət olub və bu dövlətin verdiyi əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib. Amma yenə də məhkəmənin yekun nəticələri haqqında bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burada ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”, - deyə H.Hacıyev əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri