Icma.az
close
up
RU
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi

Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya məhkəməsi "Krokus Siti Holl"da törədilən terror aktının dörd iştirakçısına ömürlük həbs cəzası verib.

Modern.az xəbər verir ki, bu barədə "İnterfaks"ın məlumatında bildirilib.
Dalerdjon Mirzoyev, Səidakram Raçabalizoda, Şəmsiddin Fariduni və Muhammadsobiru Fayzova ömürlük həbs cəzası verilib. Onlar terror aktı törətməkdə, terror fəaliyyətinə kömək etməkdə, terror fəaliyyəti törətmək məqsədilə təlim keçməkdə və digər cinayətlərdə təqsirli biliniblər.

Məhkəmə həmçinin onların hər birini 990.000 rubl məbləğində cərimə edib. Onlar cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Bundan əlavə, məhkəmə terror aktı işi üzrə daha 11 təqsirləndirilən şəxsi ömürlük həbs cəzasına məhkum edib. Bunlar Umedjon və Mustakim Soliyevlər, Şahromdjon Qadoyev, Zubaydullo İsmoilov, Hüseyn Həmidov, Muhammad Şaripzoda, Yakubdjoni Yusufzoda, Nəzrimad Lütfulloi, Cumaxon Kurbonov, Hüseyn Medov və Cəbrayıl Auşevdir.

Digər dörd təqsirləndirilən şəxs 19 il 11 aydan 22,5 ilə qədər həbs cəzasına məhkum edilib.

"Krokus Siti Holl"dakı terror aktı 22 mart 2024-cü ildə törədilib. Terrorçular kompleksə “Piknik” qrupunun konsertinin keçirilməsi planlaşdırıldığı vaxt basqın ediblər. Onlar “Krokus” müştərilərinə və işçilərinə atəş açıblar, sonra konsert zalını yandırıblar. Nəticədə 150 ​​nəfər həlak olub.

Hücumun dörd birbaşa günahkarı ilə yanaşı, onların 15 nəfər əlbir olduğu iddia edilən şəxs də iş üzrə ittiham olunub.

İslam Dövlətinin Əfqanıstandakı qanadı olan “Vilayət Xorasan” qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Rusiya Prezidenti Vladimir Putin terrorçuların Ukraynanın maraqları naminə hərəkət etdiyini iddia edib.
Qeyd edək ki, "Krokus City Hall”ın sahibi Rusiyada fəaliyyət göstərən iş adamı Araz Ağalarovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri