Icma.az
close
up
RU
Araz dəhlizi və Zəngəzur dəhlizi bir birinə zidd deyil Politoloq

Araz dəhlizi və Zəngəzur dəhlizi bir birinə zidd deyil Politoloq

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Araz dəhlizi və Zəngəzur dəhlizi bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan layihələrdir. Azərbaycan riskləri azaltmaq məqsədilə şaxələndirməyə gedir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, yeni dəhliz təklifinə səbəb Ermənistanın 2020-ci il üçtərəfli bəyanatından faktiki olaraq imtina etməsi və Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmasıdır.
“Azərbaycan, Ermənistanın məhz bu davranışlarına cavab olaraq belə bir addım atdı. Araz dəhlizi ideyası 2022-ci ildə Azərbaycan tərəfindən irəli sürüldü. Mart ayında Antalyada Azərbaycan və İran bununla bağlı memorandum imzaladılar və Zəngilan ərazisindən körpünün tikintisinə başlandı.  Lakin Araz dəhlizinin açılması o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Əksinə, Azərbaycan həm də İranın bölgədəki destruktiv fəaliyyətini neytrallaşdırmaq məqsədilə İran ərazisindən alternativ yolun açılmasını təklif etdi. Bu da İranın müəyyən maraqlarını təmin edə bilər. Azərbaycan, həmçinin Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin bu seqmentində şaxələndirmə əldə etmək və riskləri bölüşdürmək istəyir”.
Politoloq qeyd edib ki, Araz yolunun işə düşməsindən sonra İranın Zəngəzur dəhlizinə qarşı çıxa biləcəyini düşünmür:

“Hesab edirəm ki, əslində İranla bu məsələdə əldə olunan anlaşmanın sürətlə irəliləməsi Ermənistan üçün ciddi bir mesajdır. Ermənistan nəzərə almalıdır ki, əgər bu prosesi əsassız şəkildə ləngidəcəksə, Azərbaycan Zəngəzur dəhlizi məsələsini bir kənara qoyaraq Ermənistanın tamamilə dalan ölkə  statusunda qalmasını təmin edəcək. Hesab edirəm ki, İran ərazisindən bu dəhliz işə düşdükdən sonra İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxa bilməz. Sadəcə olaraq, Ermənistan hələ də manipulyasiyalar edərək Azərbaycandan daha çox güzəşt qoparmağa və dəhlizin öz şərtləri daxilində fəaliyyət göstərməsinə çalışırdı. Bu isə reallaşması mümkün olmayan bir məsələdir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri