Araz Naxçıvan Azərbaycan millisinin 2 üzvünü heyətinə qatdı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" ilə qarşılaşacaq Azərbaycan çempionu “Araz-Naxçıvan” Portuqaliya nəhəngi ilə görüş ərəfəsində heyətinə yeni oyunçular cəlb edib.
Bu barədə Fanat.Az-a klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Klub funksioneri Azərbaycan millisinin 2 üzvünü icarə əsasında komandaya cəlb etdiklərini bildirib. Söhbət "Baku Fayr"ın oyunçuları Kənan Manafov ilə Fərid Abbasovdan gedir:
"Bildiyiniz kimi, heyətdə ciddi itkilərimiz var. Bakıdakı ilk matçda 3 oyunçunun xidmətindən yararlana bilməyəcəyik. Valerio Giovanny, Aleks Teyxeyra və Karlos Bertuola sarı vərəqə cəzalısı, Alleks Rezende isə zədəlidir. Bu üzdən heyətə yeni oyunçular qatmalı olduq. Vaxt az olduğu üçün transferə imkan yoxdur, bu səbəbdən onları icarəyə götürdük. "Neftçi"nin braziliyalı hücumçusu İaqo Enrike Pereyra isə əsas mərhələdən bizimlədir. O da icarədədir".
Qeyd edək ki, "Araz-Naxçıvan" ilə "Benfika" arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, Bakı İdman Sarayında baş tutacaq. Komandalar arasında cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















