Araz Naxçıvan braziliyalı legioneri istəyir Kasımpaşa nın keçmiş üzvü ölkəmizə gələ bilər
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
“Araz-Naxçıvan” yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi avrokuboklara vəsiqəni rəsmiləşdirəcəyi təqdirdə, artıq heyətlə bağlı müəyyən addımlar atacaq.
Bölgə klubunun istədiyi oyunçulardan biri də Alan Kariusdur. Əslində, Elmar Baxşıyev Səudiyyə Ərəbistanının “Əl-Adalah” klubunda oynayan braziliyalı futbolçunu hələ mövsümün əvvəlindən sərəncamında görmək istəyirdi. Amma Alanı Azərbaycana gətirmək mümkün olmamışdı. Lakin klub onun xidmətində hələ də maraqlıdır.
Bu yay isə Kariusun “Araz-Naxçıvan”a keçidi baş tuta bilər. Mövsüm başa çatdıqdan sonra 28 yaşlı futbolçunun bu komandaya keçib-keçməyəcəyi dəqiqləşəcək. 2024-cü il iyulun 18-dən “Əl-Adalah” klubunda oynayan Alanın müqavilə müddəti iyulun 5-də başa çatacaq. O, karyerası ərzində “Volta-Redonda”, “Vila Nova”, “Sankt-Polten”, “Kasımpaşa”, “Tuzlaspor”, “Kioto Sanqa” klublarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















