Icma.az
close
up
RU
“Araz Naxçıvan” bu dəfə “Kəpəz”lə bacara biləcəkmi?

“Araz Naxçıvan” bu dəfə “Kəpəz”lə bacara biləcəkmi?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli premyer-liqasında 14-cü tura yekun vurulacaq.

"Football-plus.az" xəbər verir ki, artıq turun üç oyunu keçirilib, “Qəbələ” – “Turan Tovuz” oyunu duman üzündən yarımçıq qalıb.
Qalan oyunlara Mərdəkan və Sumqayıtda şahidlik edəcəyik. Bu çərçivədə “Araz-Naxçıvan” “Kəpəz”i, “Sumqayıt” “İmişli”ni qəbul edəcək. Hər iki qarşılaşma “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur
9 dekabr
Araz-Naxçıvan – Kəpəz 0:0

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+2=1-3, 5:6.
Cəzalılar: Ba-Muaka Simakala (Araz-Naxçıvan), Onanuqa Olavale (Kəpəz).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Liv Bona Dea Arena”. Saat 17.00
Heç şübhəsiz, Elmar Baxşıyev hazırda böyük narahatlıq keçirir. “Araz-Naxçıvan”ın baş məşqçisi son turlarda qeydə alınan uğursuzluqlar fonunda autsayderlərə - “Qəbələ” ilə “Kəpəz”ə uduzmağı həzm etməyə çalışmaqla bərabər növbəti sınaqdan üzüağ çıxmağın, komandanı uzun müddətdi davam edən xaosdan xilas etməyin yollarını axtarmaqla məşğuldu. İstənilən halda, mütəxəssis “qırmızı-ağlar”ın 3-cü turdan bəri niyə yalnız “Qəbələ”, “Kəpəz” və “İmişli” kimi premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaları məğlub etməsinə, “Şamaxı” ilə bacarmamasına, son oyunlarda vəziyyətin daha da qəlizləşməsinə aydınlıq gətirməli, xüsusən bu matçda qalib gəlməklə futbolçuların, heç olmasa, psixoloji durumunun yaxşılaşmasına nail olmalıdı. “Kəpəz”lə bağlı problemlər də yetərincə ciddidi. “Sarı-göylər” hələ təhlükəli zonadan uzaqlaşa bilməyib. Odu ki, Azər Bağırovun komandası bu oyunda qələbə qazanmaqla sonuncu sırada qərarlaşan “Karvan-Yevlax”la aradakı xal fərqinin artmasına nail olmalıdı. Gəncəlilər həm Bizon ölkə kubokunun 1/4 finalına yüksəlməkdən motivasiya ala, həm də rəqibin qol silahı sayılan Ba-Muaka Simakalının yoxluğundan faydala bilər. Hələ onu demirik ki, statistika “Kəpəz”in xeyrinədi.
Komandalar indiyə qədər 13 dəfə qarşılaşıb. Bunların 5-də “Araz-Naxçıvan”, 6-da “Kəpəz” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində gəncəlilər öndədi – 20:13.
Sumqayıt – İmişli
“Sumqayıt” bu rəqiblə qarşılaşmayıb.
Cəzalılar: Ronaldo Vaskes (Sumqayıt).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.30.
Avrokuboklar uğrunda mübarizə aparan “Sumqayıt” meydana hədəfinə doğru növbəti addımı atmaq üçün çıxacaq. “Kimyaçılar”ın “doğma divarlar” arasında qələbə qazanacağını proqnozlaşdırmaq mümkündü. Lakin bunun asanlıqla baş verə biləcəyini düşünmək sadəlövhlük olar. Çünki premyer-liqada qalmaq arzusuyla yola çıxan “İmişli” hələ hansısa oyunda “asan yem” təsiri bağışlamayıb. Bu üzdən Jorj Kaşkilyanın komandasının meydan sahiblərinə başağrısı olacağı dəqiqdi.
Maraq üçün xatırladaq ki, bu komandalar arasındakı yeganə oyunda texniki nəticə qeydə alınıb. Misli premyer-liqasının 4-cü turunda keçirilən matç “Sumqayıt”ın səfərdə üç xal qazanmasıyla nəticələnib. Buna “pələnglər”in heyətində adı protokolda olmayan futbolçunun – İbrahim Əliyevin meydana buraxılması səbəb olub. “İmişli” həmin görüşdə meydanı 1:0 hesablı qələbəylə tərk etmişdi. Aran təmsilçisi Sumqayıtda məhz həmin hadisənin acığını çıxmaq məqsədilə döyüşsə, heç kim təəccüblənməyəcək.
1. Qarabağ 13 9 3 1 24-6 30
2. Sabah 13 8 4 1 21-6 28
3. Zirə 14 7 6 1 22-13 27
4. Turan Tovuz 13 7 3 3 16-9 24
5. Sumqayıt 13 7 2 4 22-16 23
6. Araz-Naxçıvan 13 5 5 3 20-20 20
7 Şamaxı 14 4 5 5 16-15 17
8. İmişli 13 3 7 3 16-12 16
9. Neftçi 14 4 3 7 13-19 15
10. Qəbələ 13 2 2 9 10-18 8
11. Kəpəz 13 2 0 11 10-35 6
12. Karvan-Yevlax 14 1 2 11 10-31 5
Bombardir: Coy-Lens Mikels (Sabah), Ba-Muaka Simakala (Araz-Naxçıvan) - 7.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri