Araz Naxçıvan get deyir, Zirə gəl Portuqaliyalı qərar verməlidir
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Misli Premyer Liqası təmsilçisi "Araz-Naxçıvan" böyük ehtimalla futbolçusu Benni Diasla yollarını ayıracaq.
Apasport.az saytına verilən məlumata görə, portuqaliyalı Naxçıvan klubundan ayrılsa da, Azərbaycanda qala bilər.
Belə ki, yarımmüdafiəçinin xidmətində maraqlı olan klublarımız var. Onlardan biri də "Zirə"dir. Əgər maliyyə məsələlərində razılıq əldə olunarsa, Rəşad Sadıqovun sərəncamında görmək istədiyi 28 yaşlı futbolçu qəsəbə təmsilçisinə keçəcək. Əks halda, Dias ölkəsinə qayıdacaq.
Xatırladaq ki, Benni, mövsümün əvvəlində "Araz-Naxçıvan"a qoşulub. Futbolçunun "Araz-Naxçıvan"la müqavilə müddəti bu ayın 30-da başa çatacaq.
O, karyerası ərzində "Belenenseş", "Benfika" B, "Şaviş", "Torreense"(hamısı Portuqaliya) və "Doxa"(Kipr) klublarında çıxış edib..
Baxış sayı:133
Bu xəbər 11 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















